21 noyabr 2024

Bütün xəbərlər
test
16 oktyabr, 11:09
132

Ötən həftə Çinin Qansu vilayətinin UNESCO Assosiasiyasının sədri Du Yongcunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi məqsədilə səfər edib. Səfər çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə Qansu peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Pei Li emalatxanalarının Azərbaycanda peşə təhsili müəssisələrinin nəzdində qurulmasına dair müzakirələr aparılıb. Qeyd edək ki, Pei Li emalatxanaları Çin hökumətinin “Kəmər və yol” layihəsi çərçivəsində 2016-cı ildən müxtəlif ölkələrin kadr hazırlığına göstərdiyi dəstək təşəbbüsüdür.

Əməkdaşlıq təklifləri arasında elektrik avtomobillərinin təmiri, “big data” və süni intellektin tətbiqi və idarə edilməsi, bərpa olunan enerji qurğularının quraşdırılması və təmir edilməsi və müxtəlif sənaye sahələri üçün ixtisaslı kadrların hazırlığı müzakirə edilib. Müzakirələr zamanı qeyd edilib ki, əməkdaşlıq çərçivəsində təkcə emalatxana üçün avadanlığın təchizatı deyil, həmçinin bu istiqamətlər üzrə təlim-tədris proqramlarının hazırlanması,  pedaqoji-mühəndis heyətinin ixtisas artırılması, avadanlığın tədris prosesinə birbaşa bağlı olmasını təmin edən proqram təminatının hazırlanması da həyata keçiriləcəkdir.

Cənab Du PTDA nümayəndə heyətini peşə təhsili sahəsində Çin təcrübəsini daha yaxından öyrənmək, yerində təklif edilən emalatxanalarla və tədris prosesi ilə tanış olmaq məqsədilə Qansu vilayətinə səfər etməyə dəvət edib.

Görüşün sonunda nümayəndə heyəti üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanalarına infotur təşkil edilib. 

Xəbər lenti

21 noyabr, 14:06
6

İqlim Bəyannaməsi uşaq hüquqlarının qorunması istiqamətində mühüm addım olacaq – Kəmalə Aşumova

21 noyabr, 13:47
9

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
14

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
9
21 noyabr, 12:43
19

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
10

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
52

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
36

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
26

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
12

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
15

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
16

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
22

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.