Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib
Birinci Qarabağ müharibəsindən sonra Bayıl qəsəbəsində yerləşən Zəngilan rayon 4 nömrəli ümumi orta məktəbi dünyaca məşhur fotoqraf Reza Deqatinin vəsaiti hesabına tikilib.
Bu barədə "Azərbaycan müəllimi"nə açıqlama verən Reza Deqati məktəbin bu gün də fəaliyyət göstərdiyini görməyin onun üçün qürur mənbəyi olduğunu bildirib.
"Birinci Qarabağ müharibəsindən sonra bir milyon insan öz evindən didərgin düşdü. O vaxt Bayılda Zəngilandan köçkün düşən insanların arasında kiçik bir otaqda uşaqlara dərs keçən Xanməmməd müəllimi gördüm. Onun bu fədakarlığı məni dərindən təsirləndirdi. Beləliklə, birlikdə Zəngilan rayon 3 nömrəli ibtidai məktəbini (indiki Zəngilan rayon 4 nömrəli ümumi orta məktəb) yaratdıq. Bu gün o məktəbin hələ də fəaliyyət göstərdiyini bilmək mənim üçün böyük qürur mənbəyidir. Məktəb mənim vəsaitim hesabına tikilsə də, əsl Azərbaycan müəllimi olan Xanməmməd müəllim və həyat yoldaşı öz şagirdləri üçün əllərindən gələni, hətta daha artığını etdilər”, - deyə o qeyd edib.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)