Bütün xəbərlər
20 noyabr, 21:05

UNICEF “Uşaqlar idarəetmədə” ("Kids Takeover") layihəsi çərçivəsində məktəbli Əsma Mənsurzadə bir günlük Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, məktəbli hüquqları ilə bağlı qərarların necə qəbul edildiyinin şahidi olub və bu sahədə öz fikirlərini formalaşdıraraq, təkliflər irəli sürmək imkanı əldə edib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova: 

"Bu gün bütün dünyada, həmçinin Azərbaycanda uşaq hüquqları günü kimi qeyd olunur.

Məqsədi isə uşaqların hüquqlarının qorunmasını təmin etmək, onların sağlam, təhlükəsiz və bərabər şəraitdə yaşamaq, təhsil almaq və inkişaf etmək hüquqlarını bir daha vurğulamaqdır. 

Bu gün biz cəmiyyətin diqqətini uşaqların üzləşdiyi problemlərə, konfliktlər, iqlim dəyişiklikləri və digər səbəblərdən meydana çıxan zorakılıq, ayrı-seçkilik, yoxsulluq və təhsildən məhrum olma kimi məsələlərə yönəldir və onları həll etməyə çağırırıq.

Bu, bizim üçün uşaqların rifahını yaxşılaşdırmağa yönələn qlobal həmrəyliyi, və iş birliyini gücləndirən əlamətdar bir tarix, onların öz tükənməz enerjisi, yaradıcılığı və qətiyyətləri ilə harmonik bir dünyanın qurucuları və insanlığın sabahı olduqlarını vurğuladığımız gündür.

Gəlin hamılıqla Gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək!".

Əsma Mənsurzadə: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın rolunu bir günlük əvəz etmək mənim üçün unudulmaz həm gözəl xatirə həm də maraqlı təcrübə oldu. Bu təcrübə mənə komitənin fəaliyyətini anlamaqla yanaşı uşaqların hüquqlarını qorumağın cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha göstərdi və məni gələcəkdə uşaqların səsi olmağa, onların hüquqlarını qorumağa daha da ruhlandırdı”.

1 /8

Şərhlər

Xəbər lenti

11 sentyabr, 18:27

Sertifikasiyanın müsahibə vaxtları bəlli oldu

11 sentyabr, 17:10

Uşaqlar nə istəyir?

11 sentyabr, 16:52

ADNSU-da “İnnovasiyalar Mərkəzi” MMC nümayəndələri ilə görüş keçirilib

11 sentyabr, 16:47

Müəllimlərin qarşılıqlı yerdəyişmə prosesinin nəticələri gələn həftə açıqlanacaq

11 sentyabr, 16:31

ARTİ-də doktorantura üzrə ixtisas imtahanı keçirilib

11 sentyabr, 16:29

Ali təhsil müəssisələrinin akkreditasiyası üzrə yeni qiymətləndirmə meyarları müzakirə olunub

11 sentyabr, 16:20

ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir

11 sentyabr, 16:10

Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mövzuları təqdim edilib

11 sentyabr, 16:06

Emin Əmrullayev: Kənd təsərrüfatı ixtisaslarında kadr tələbatı artır

11 sentyabr, 15:24

İlk dəfə MİQ-də iştirak edənlər heç bir ödəniş etməyəcək

11 sentyabr, 13:23

Yeni modelli məktəblərdə tədris necə olacaq? – Nazir detalları AÇIQLADI

11 sentyabr, 13:01

Emin Əmrullayev: Müəllimləri sinif təmirinə kimsə məcbur edə bilməz

11 sentyabr, 12:59

Şagirdlərin yerdəyişməsinə oktyabrdan yenidən başlanacaq

11 sentyabr, 12:44

Magistr təhsili alana hər hansı üstünlük tanınmır

11 sentyabr, 12:42

“Məktəbli avtobusu” ilə bağlı layihə tədricən genişlənəcək

11 sentyabr, 12:38

Nazir: MİQ imtahanlarının formatı kökündən dəyişdirilməlidir

11 sentyabr, 12:31

Ucqar yerlərdə bəzi dərslər distant formada keçilə bilər – Nazir AÇIQLADI

11 sentyabr, 12:20

Magistratura təhsilinə daha sərt tələblər qoyulmalıdır – Deputat

11 sentyabr, 12:16

Emin Əmrullayev: Kişi müəllimlərin sayının artırılması üçün xüsusi planımız yoxdur

11 sentyabr, 12:14

Nazir: Müəllim məktəbdə şou ilə məşğul ola bilməz

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.