Bütün xəbərlər
11 sentyabr, 12:20

Magistratura təhsilinə doktorantura səviyyəsində olduğu kimi daha sərt tələblər qoyulmalıdır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili Vasif Qafarov çıxışında magistr pilləsinin təhsil sistemində əsas istiqamət kimi götürülməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, magistr dərəcəsi ölkənin intellektual potensialının gücləndirilməsinə xidmət etməli, tələbələrin əldə etdikləri bilik və bacarıqlar real elmi dəyər kəsb etməlidir.

Deputat bildirib ki, hazırda çoxlu sayda magistr işi yazılır, lakin onların əksəriyyəti elmə ciddi yenilik gətirmir və istinad olunmur:

“Bu gün yazılan işlərin böyük qismi yalnız formal xarakter daşıyır. Halbuki magistr pilləsi elmi araşdırmalara real töhfə verməli, yeni ideyaların formalaşmasına xidmət etməlidir”.

Vasif Qafarov əlavə edib ki, magistr təhsilinə də doktorantura səviyyəsində olduğu kimi daha sərt tələblər qoyulmalıdır. Onun fikrincə, bu addım həm təhsilin keyfiyyətini yüksəldəcək, həm də magistr işlərinin elmi nüfuzunu artıracaq.

Şərhlər

Xəbər lenti

11 sentyabr, 16:52

ADNSU-da “İnnovasiyalar Mərkəzi” MMC nümayəndələri ilə görüş keçirilib

11 sentyabr, 16:47

Müəllimlərin qarşılıqlı yerdəyişmə prosesinin nəticələri gələn həftə açıqlanacaq

11 sentyabr, 16:31

ARTİ-də doktorantura üzrə ixtisas imtahanı keçirilib

11 sentyabr, 16:29

Ali təhsil müəssisələrinin akkreditasiyası üzrə yeni qiymətləndirmə meyarları müzakirə olunub

11 sentyabr, 16:20

ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir

11 sentyabr, 16:10

Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mövzuları təqdim edilib

11 sentyabr, 16:06

Emin Əmrullayev: Kənd təsərrüfatı ixtisaslarında kadr tələbatı artır

11 sentyabr, 15:24

İlk dəfə MİQ-də iştirak edənlər heç bir ödəniş etməyəcək

11 sentyabr, 13:23

Yeni modelli məktəblərdə tədris necə olacaq? – Nazir detalları AÇIQLADI

11 sentyabr, 13:01

Emin Əmrullayev: Müəllimləri sinif təmirinə kimsə məcbur edə bilməz

11 sentyabr, 12:59

Şagirdlərin yerdəyişməsinə oktyabrdan yenidən başlanacaq

11 sentyabr, 12:44

Magistr təhsili alana hər hansı üstünlük tanınmır

11 sentyabr, 12:42

“Məktəbli avtobusu” ilə bağlı layihə tədricən genişlənəcək

11 sentyabr, 12:38

Nazir: MİQ imtahanlarının formatı kökündən dəyişdirilməlidir

11 sentyabr, 12:31

Ucqar yerlərdə bəzi dərslər distant formada keçilə bilər – Nazir AÇIQLADI

11 sentyabr, 12:16

Emin Əmrullayev: Kişi müəllimlərin sayının artırılması üçün xüsusi planımız yoxdur

11 sentyabr, 12:14

Nazir: Müəllim məktəbdə şou ilə məşğul ola bilməz

11 sentyabr, 12:10

Nazir: Məktəbdə fond pulu yığmaq olmaz

11 sentyabr, 12:06

Mehriban Vəliyeva: Təhsil sahəsində aktual məsələlərin geniş müzakirəsinə ehtiyac var

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.