
“Kənd təsərrüfatı ixtisaslarında ciddi kadr tələbatı mövcuddur və bu sahədə əməkhaqqı da yüksəlməkdədir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
O bildirib ki, Azərbaycanda aqrar ixtisasları tədris edən universitetlərdə tədrisin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib:
“Bir zamanlar müəllimlik ixtisasına qəbul balları kifayət qədər aşağı idi. Hazırda tələb artıb və pedaqoji ixtisaslarda keçid balları yüksəlib. Kənd təsərrüfatı ixtisaslarının nüfuzu da ildən-ilə artır. Bunun üçün sadəcə bir az zaman tələb olunur”.
Nazir əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi də bu sahədə fəal iş aparır. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) isə Türkiyənin universitetləri ilə əməkdaşlıq edir. ADAU-nun son dövrlərdə aqrar ixtisasların tədris keyfiyyətinin artırılması istiqamətində gördüyü işlər də xüsusilə təqdirəlayiqdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər