Bütün xəbərlər
11 sentyabr, 16:31

10 sentyabr tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) 2025-ci il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar təşkil olunub.

ARTİ-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, doktorantura səviyyəsində təhsil almaq üçün sənəd təqdim edən namizədlər xarici dil və fəlsəfə fənlərindən keçirilən imtahanlarda yüksək nəticələr göstərərək ixtisas fənni imtahanına keçid hüququ qazanıblar. Ümumilikdə, bu mərhələdə 12 nəfər iddiaçı iştirak edib.

Qəbul imtahanlarını keçirmək üçün institutun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyevin sədrlik etdiyi, ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadovun, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun üzvlük etdiyi daimi imtahan komissiyası yaradılıb.

İmtahanlar Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, Pedaqoji psixologiya ixtisasları üzrə 6 komissiyada keçirilib.

Yekun olaraq qeyd edək ki, ixtisas fənni imtahanları doktoranturaya qəbul prosesinin ən önəmli mərhələlərindən biridir və bu mərhələdə uğur qazanan namizədlər fəlsəfə doktoru proqramında elmi fəaliyyətlərini davam etdirərək ölkəmizin elmi potensialının güclənməsinə töhfə verəcəklər.

1 /5

Şərhlər

Xəbər lenti

11 sentyabr, 18:27

Sertifikasiyanın müsahibə vaxtları bəlli oldu

11 sentyabr, 17:10

Uşaqlar nə istəyir?

11 sentyabr, 16:52

ADNSU-da “İnnovasiyalar Mərkəzi” MMC nümayəndələri ilə görüş keçirilib

11 sentyabr, 16:47

Müəllimlərin qarşılıqlı yerdəyişmə prosesinin nəticələri gələn həftə açıqlanacaq

11 sentyabr, 16:29

Ali təhsil müəssisələrinin akkreditasiyası üzrə yeni qiymətləndirmə meyarları müzakirə olunub

11 sentyabr, 16:20

ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir

11 sentyabr, 16:10

Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mövzuları təqdim edilib

11 sentyabr, 16:06

Emin Əmrullayev: Kənd təsərrüfatı ixtisaslarında kadr tələbatı artır

11 sentyabr, 15:24

İlk dəfə MİQ-də iştirak edənlər heç bir ödəniş etməyəcək

11 sentyabr, 13:23

Yeni modelli məktəblərdə tədris necə olacaq? – Nazir detalları AÇIQLADI

11 sentyabr, 13:01

Emin Əmrullayev: Müəllimləri sinif təmirinə kimsə məcbur edə bilməz

11 sentyabr, 12:59

Şagirdlərin yerdəyişməsinə oktyabrdan yenidən başlanacaq

11 sentyabr, 12:44

Magistr təhsili alana hər hansı üstünlük tanınmır

11 sentyabr, 12:42

“Məktəbli avtobusu” ilə bağlı layihə tədricən genişlənəcək

11 sentyabr, 12:38

Nazir: MİQ imtahanlarının formatı kökündən dəyişdirilməlidir

11 sentyabr, 12:31

Ucqar yerlərdə bəzi dərslər distant formada keçilə bilər – Nazir AÇIQLADI

11 sentyabr, 12:20

Magistratura təhsilinə daha sərt tələblər qoyulmalıdır – Deputat

11 sentyabr, 12:16

Emin Əmrullayev: Kişi müəllimlərin sayının artırılması üçün xüsusi planımız yoxdur

11 sentyabr, 12:14

Nazir: Müəllim məktəbdə şou ilə məşğul ola bilməz

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.