
“Həqiqət budur ki, məktəblərimizdə bir neçə min vakant yer var və 50 minə yaxın şəxs burada çalışmaq istəyir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
O bildirib ki, namizədlərin bir çoxu yaşadığı əraziyə yaxın yerdə çalışmaq istəyir: “Burada balı yüksək olan müəllimlər işlə təmin olunurlar. Ucqar ərazilərə, adətən, gənc müəllimlər getmək istəmirlər. Kiçik məktəbləri birləşdirməkdə də əsas məqsədimiz budur. Çünki kiçik məktəblərdə şagird sayı o qədər azdır ki, dərs saatı da, maaş da az olacaq”.
Nazir əlavə edib ki, Azərbaycanda ucqar kənd məktəblərində müəllim ehtiyacı elektron qaydada həll edilə bilər:
“Qubanın, Tovuzun ucqar kəndində maaş niyə aşağıdır. Çünki dərs azdır. Niyə azdır? Çünki məktəb balacadır. Bunlar biri-biri ilə əlaqəlidir. Biz bunları dəyişməliyik ki, müəllimin maaşı artsın. Biz bunu necə dəyişirik? Məktəbləri birləşdiririk ki, məktəb böyüsün, kimya dərslərinin sayı artsın. Ora müəllimi 6 saata yox, 18 saat üçün göndərək. Bir yaxşı müəllim göndərək, bütün uşaqlara dərs keçsin. Ya da elektron təhsilə keçəcəyik yəqin, elektron, distant və s.”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər