
Müəllimlərin maaş artımları bal göstəricilərinə görə proporsional olmalıdır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və təhsil komitəsinin iclasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxışında sertifikasiyadan keçən müəllimlərin maaş artımlarında mövcud mexanizmlərin qeyri-proporsional olduğunu bildirib. Onun sözlərinə görə, hazırda 31 bal toplayan müəllimlə 50 bal toplayan müəllimin əməkhaqqı eyni faizlə artırılır ki, bu da ədalətli yanaşma hesab edilmir.
Adil Vəliyev qeyd edib ki, maaş artımları topladığı bala uyğun proporsional şəkildə müəyyən edilməlidir. Məsələn, 30–40 bal arası müəllimlər üçün artım 10 faiz, 40–50 bal arası müəllimlər üçün isə 20–25 faiz ola bilər. Onun fikrincə, bu cür diferensial yanaşma həm ədaləti təmin edər, həm də müəllimləri daha yüksək nəticələr göstərməyə həvəsləndirər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər