
"Təhsil sahəsində aktual məsələlərin geniş müzakirəsinə ehtiyac var".
“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və təhsil komitəsinin iclasında deputat Mehriban Vəliyeva çıxışı zamanı bu sahədə qarşıda duran fərqli məsələlərin, habelə aktual problemlərin geniş müzakirəsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, gündəmə gətiriləcək mövzuların ardıcıl şəkildə təhlili təhsil sahəsində daha düzgün qərarların qəbuluna şərait yaradacaq.
"Bu müzakirələr həm təhsildə mövcud çətinliklərin həlli, həm də gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından əhəmiyyətlidir", - deyə deputat qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər