Bütün xəbərlər
20 noyabr, 17:47

Noyabr ayı ərzində ölkədə eksternat imtahanlarına qeydiyyat davam edir. 

“Azərbaycan müəllimi” eksternat imtahanları ilə bağlı maraq doğuran sualların cavablarını təqdim edir. 

– Eksternat imtahanı nədir? 

– Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

– Eksternat formasında təhsil alan şəxlər üçün imtahanlarda kim iştirak edə bilər? 

– Sərbəst (eksternat) təhsilalma formasında təhsil alan Azərbaycan Respublikasının vətəndaşları buraxılış imtahanlarında iştirak edə bilər. Qaydalar müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə sərbəst (eksternat) formada təhsil alaraq həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq imkanı yaradır. 

– “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar” kimə şamil edilmir? 

– Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu “Qaydalar” onlara şamil edilmir. 

– Eksternat imtahanlarında iştirak etmək üçün yaş məhdudiyyəti varmı? 

– Bəli, eksternat imtahanlarında yaş məhdudiyyəti var. Belə ki bu təhsilalma formasında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır. 

– Eksternlər imtahanda iştirak etmək üçün hara müraciət etməlidir?  

– Eksternat imtahanlarında iştirak etmək istəyənlər cari ilin noyabr ayı ərzində aşağıdakı sənədləri yaşadıqları rayonun (şəhərin) təhsil sektoruna təqdim etməlidirlər: 

1. Təhsil sektorunun müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir); 
2. Şəxsiyyət vəsiqəsinin surəti; 
3. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil; 
4. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak etmək üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti; 
5. Ərizəçinin əvvəl təhsil aldığı müəssisədən əldə edilən təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti.

Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil sektorunun tabe olduğu regional təhsil idarəsinin müəyyən etdiyi məktəbdə imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil olunur. 

– İmtahanlar nə zaman və hansı fənlər üzrə keçirilir? 

– Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl müvafiq regional təhsil idarəsi tərəfindən cari ilin dekabr ayı ərzində təşkil olunan aralıq imtahanlarında iştirak edir. Aralıq imtahanları texnologiya, təsviri incəsənət, fiziki tərbiyə, musiqi və gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı bütün fənlər üzrə aparılır. Aralıq imtahanları təhsil idarəsinin müdirinin əmri ilə müəyyən edilmiş məktəbdə əvvəlcədən hazırlanıb təsdiq edilmiş imtahan sualları əsasında müvafiq komissiya tərəfindən keçirilir. İmtahanların nəticələri protokollaşdırılır, fənn komissiyalarının sədrləri tərəfindən imzalanır və təhsil idarəsinin müdirinin imzası və möhürü ilə təsdiq olunur. 

Eksternlərin aralıq imtahan nəticələri təhsil idarəsi tərəfindən “Şagird-məzun” elektron məlumat bazasına daxil edilir.

– Eksternat imtahanı vermiş şəxslərə tam və ya ümumi orta təhsil haqqında sənəd nə zaman verilir? 

Eksternat imtahanlarında (aralıq imtahanında) uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında attestat almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar. Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında attestat təhsil idarəsi tərəfindən adı təhsilalanlar siyahısına daxil edilmiş məktəb tərəfindən verilir.  

– Eksternat (sərbəst) təhsilalma forması üzrə alınan təhsil sənədi (tam və ya ümumi orta təhsil haqqında attestat) nə ilə fərqlənir? 

– Texnologiya, təsviri incəsənət, fiziki tərbiyə, musiqi və gənclərin çağırışaqədərki hazırlığı fənlərindən aralıq imtahanı verilmədiyi üçün tam və ya ümumi orta təhsil haqqında attestatda müvafiq olaraq həmin fənlərin qarşısında xətt çəkilir. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində “bitirmişdir” sözündən əvvəl “eksternat qaydasında” sözləri əlavə olunur. 

İmtahanlarda iştirak etmək istəyənlər ətraflı məlumat və imtahan vaxtlarını öyrənmək üçün yaşadıqları rayonun (şəhərin) tabe olduğu regional təhsil idarələrinin sosial şəbəkə hesablarını izləyə bilərlər!

Şərhlər

Xəbər lenti

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu tamamlanıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.