UNEC İnnovativ Gənclər Təşkilatı Azərbaycan İnnovasiya Mərkəzinin dəvəti ilə COP29 beynəlxalq tədbirində iştirak edib.
UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir çərçivəsində gənclər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin pavilyonunda təşkil olunan “İnnovasiya ekosistemində texnoparkların rolu” adlı sessiyada iştirak ediblər. Sessiyada texnoparkların gənclərin ideyalarını reallaşdırmaq, startap mühitini inkişaf etdirmək və yeni texnologiyaların tətbiqi sahəsindəki önəmindən bəhs olunub.
Sərgi ilə tanış olan tələbələr qlobal innovasiya həlləri, ekoloji layihələr və yeni texnologiyalar barədə məlumatlar əldə ediblər.
İnnovativ Gənclər Təşkilatı bir sıra texnoloji şirkətlərlə ortaq layihələrin həyata keçirilməsi, eyni zamanda əməkdaşlıq istiqamətləri üzrə razılıq əldə ediblər.
UNEC İnnovativ Gənclər Təşkilatı olaraq, innovasiya və rəqəmsal inkişaf sahəsində əməkdaşlıqların genişləndirilməsi və gənclərin bu sahədə daha da inkişafı üçün fəaliyyətlərimizi davam etdirəcək.
1 /3
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)