Bütün xəbərlər
30 noyabr, 22:35

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının 1 illiyi münasibətilə İncəsənət fakültəsi tərəfindən konsert və sərgi proqramı təşkil edilib.

“Azərbaycan müəllimi” Trend-ə istinadən xəbər verir ki, tədbir İncəsənət fakültəsinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, nazirin müavini İdris İsayev, Nazirliyin rəsmi şəxsləri və Xankəndi şəhər ictimaiyyətinin rəsmiləri iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və universitetin bir illik fəaliyyətinə dair xüsusi məqamları qeyd edib. Rektor bu müddət ərzində əldə edilən nailiyyətlərdən bəhs edərək Qarabağ Universitetinin yalnız regionda deyil, ümumilikdə ölkənin təhsil sistemində önəmli rol oynadığını bildirib. Ş.Bayramov universitetin yaradılmasının Qarabağ bölgəsinin sosial-iqtisadi, xüsusən də təhsil və mədəniyyət sahəsinin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini və universitetin təhsil, elm və innovasiya sahələrindəki fəaliyyətlərinin ölkə üçün əhəmiyyətli olduğunu bildirib. Nazir qeyd edib ki, universitetin tədris prosesi beynəlxalq səviyyədə tanınan standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur. E.Əmrullayev Qarabağ Universitetinin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdırıb.

Konsertdə “Cadenza” Orkestrinin, İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərən tanınmış incəsənət xadimlərinin və tələbələrin ifasında milli mahnılarımız və görkəmli bəstəkarların əsərləri səsləndirilib.

Konsertdən sonra İncəsənət fakültəsinin sərgi zalında dekorativ-tətbiqi sənət və dizayn ixtisaslarının müəllimlərinin əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, Qarabağ Universiteti 28 noyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb.

1 /18

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.