Bütün xəbərlər
30 iyun, 12:00

“Həssas qrupların sosial müdafiəsinin təmini, sosial xidmətlər sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə atılan mühüm addımlardan biri də Sosial Xidmət mərkəzlərinin yaradılması idi. Əvvəlcə Abşeronda yaradılan, daha sonra isə Sabunçu, Nərimanov və Yasamal rayonlarında fəaliyyətə başlayan bu Sosial Xidmət mərkəzlərində və Sumqayıt Sosial Xidmət Kabinetində uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil edilir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun yaradılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında səsləndirib.

O bildirib ki, həssas qrupa aid olan uşaqların valideynləri müvafiq təlimlərə cəlb olunurlar. Mərkəzlər uşaqlara keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib. 

Mərkəzlərdə ixtisaslı mütəxəssislər tərəfindən əlilliyi olan uşaqlarla bərabər, çətin həyat şəraitində olan şəxslərə (ailələrə) sosial-psixoloji yardım edilib. Sosial Xidmət mərkəzlərində ümumi olaraq 1353 nəfər qeydiyyata alınıb ki, onların 963 nəfərinə psixoloq, psixo-pedaqoq, loqoped və aktiv terapevt tərəfindən sosial-psixoloji, sosial-pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilib. Həmçinin ötən dövrdə 1203 nəfər sosial-məsləhət yardımı ilə təmin edilib. 

Hazırda bu mərkəzlərdə 260 uşağa aktiv xidmətlər göstərilir. Artıq agentliyin psixoloqları tərəfindən psixoloji dəstək alan 60-dan çox uşaqla bağlı müsbət nəticə əldə olunub, 50-dən çox ailə nazirliyin tabeliyindəki müvafiq qurumlara yönləndirilib və onların sosial problemlərinin həllinə dəstək göstərilib.

Xidmətlərdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və onun regional filiallarına, eləcə də DOST mərkəzlərinə müraciət edə bilərlər.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.