Bütün xəbərlər
30 iyul, 15:15

“2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 500-dir. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın başlanıldığı 18 iyul tarixindən indiyədək 32 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərə SMS göndərilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova səsləndirib. 

O qeyd edib ki, bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir. Bu qruplar, əsasən, ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub: “2018-ci ildən tətbiq olunan bu model  qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/2026-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir”.

Şərhlər

Xəbər lenti

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.