Bütün xəbərlər
30 iyul, 13:07

Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə Təmayüllü Siniflərdə (PTS) hazırlanmış tədris proqramlarının yenilənməsi məqsədilə “dəyirmi masa” müzakirələri təşkil olunub.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, 23 iyulda “Mebel quraşdırma usta köməkçisi”, 24 iyulda “Estetika və mədəni özünüifadə”, 26 iyulda isə “Kombi kondisioner usta köməkçisi” ixtisası üzrə proqramların müzakirəsi aparılıb. Görüşlərdə proqramların məzmunu, əmək bazarının tələblərinə uyğunluğu və praktiki bacarıqların inkişafı istiqamətində fikir mübadiləsi həyata keçirilib.

Müzakirələrdə ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşları, proqramları hazırlayan işçi qrupu və ekspertlər iştirak ediblər.

Qeyd edək ki, proqramlar Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) tərəfindən hazırlanmış, Elm və Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş Təhsil proqramlarına (kurikuluma), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə əsaslanır. Proqramlar Azərbaycan Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyə deskriptorlarına uyğun şəkildə 3 səviyyəyə uyğun olaraq hazırlanıb.

Müzakirələrin keçirilməsində əsas məqsəd yenilənən proqramlardakı təlim nəticələrinə daxil olan nəzəri bilik və praktiki səriştələrə ayrılan mövzular, onlara verilən saatlar, maddi-texniki baza və təhlükəsizlik aspektlərinin ardıcıllığı və uyğunluğudur.

Müzakirələr zamanı dəvət olunan ekspertlər görüş zamanı “Mebel quraşdırma usta köməkçisi” ixtisasında Fuad Cəbrayılov, “Estetika və mədəni özünüifadə” ixtisası üzrə Günel İbrahimli, Nərmin Qarayeva, “Kombi kondisioner usta köməkçisi” ixtisası üzrə Elçin Əliyev və Cəfərov Yusif öz rəy və təkliflərini bildiriblər.

1 /1

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.