
25–26 iyun tarixlərində Azərbaycan nümayəndə heyəti Macarıstanın Budapeşt şəhərində keçirilən Türk Dövlətlərin I Akademik Konfransında təmsil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları Aysel Qəribli və Afət Ələkbərova daxil olub.
Konfrans çərçivəsində Türk Dövlətləri üçün Tədqiqat Fondunun yaradılması təşəbbüsü, tədqiqatçılar üçün istedad düşərgələrinin təşkili, mükəmməllik təqaüdləri və digər əməkdaşlıq imkanları müzakirə olunub.
Əməkdaşlığa dair keçirilən “dəyirmi masa”da ADNSU-nun rektoru Rüfət Əzizov universitetin təcrübəsinə dair təqdimatla çıxış edib. Eyni zamanda, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri agentliyin əsas fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib, elmi əməkdaşlıq və birgə tədqiqat imkanları müzakirə olunub.
Səfər çərçivəsində Macarıstanın bir sıra aparıcı universitetləri ilə ikitərəfli görüşlər keçirilib, ali təhsil müəssisələrinin beynəlxalq rəqabətqabiliyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər