Bütün xəbərlər
30 iyun, 16:19

İyunun 30-da Bakıda və regionlarda yerləşən 63 peşə təhsili müəssisəsində "Məzun günü" tədbirləri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Məzun günü” tədbirlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, peşə təhsili müəssisələrinin əməkdaşlıq etdiyi işəgötürən şirkətlərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Məzun günü”ndə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov məzunları təbrik edib və ölkə miqyasında peşə təhsilli kadrlara olan tələbatın hər il artdığını vurğulayıb. O, uğur qazanmaq üçün çətinliklərdən çəkinməməyi, milli kimliyi qorumağı və azərbaycançılıq dəyərlərini yaşatmağın vacibliyini diqqətə çatdırıb. Agentlik rəhbəri, həmçinin, Azərbaycanın yeni inkişaf mərhələsində — Qarabağın bərpası, sənayeləşmə, yaşıl enerji və innovasiya sahələrində savadlı, bacarıqlı və vətənpərvər gənclərə böyük ehtiyac olduğunu xüsusilə qeyd edib.

Tədbirlər müəssisələrin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib. Bu hissədə tələbələr yaradıcılıq qabiliyyətlərini və mədəniyyətə olan maraqlarını nümayiş etdiribilər.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 17 566 tələbə məzun olur. Məzun olan tələbələrdən 1601 nəfər ilk peşə təhsili səviyyəsi, 15571 nəfər texniki peşə təhsili səviyyəsi, 394 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.

1 /13

Şərhlər

Xəbər lenti

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

27 avqust, 11:20

Bu gündən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsi başlayır

27 avqust, 09:49

Ağdərəyə köçən şagirdlərin valideynləri ilə görüş keçirilib  

27 avqust, 09:40

“Təhlükəsiz idarəetmə” adlı beynəlxalq təlimə start verilib

27 avqust, 09:27

EATDA ilə BMU nümayəndə heyəti arasında görüş keçirilib

27 avqust, 09:25

Nazir müavini Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

27 avqust, 09:18

BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.