4 dekabr 2024

Bütün xəbərlər
test
26 noyabr, 15:15
29

COP29 iqlim dəyişiklikləri ilə bağlı dünyada ən əhəmiyyətli tədbirlərdən biridir. Bu beynəlxalq konfrans iqlim problemlərinin qlobal miqyasda müzakirəsi, həlli yollarının axtarışı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün unikal bir platformadır. Konfransın Bakıda keçirilməsi Azərbaycanın bu mövzuya verdiyi dəyərin, qlobal iqlim gündəminə töhfə vermək istəyinin və ətraf mühitin qorunması sahəsində möhkəm iradəsinin bir göstəricisidir. Azərbaycan neft-qaz istehsalı ilə tanınsa da, ölkə dayanıqlı inkişaf prinsiplərini rəhbər tutaraq “yaşıl” iqtisadiyyata keçid və alternativ enerji mənbələrinin inkişafı istiqamətində mühüm addımlar atır. COP29 Azərbaycanın beynəlxalq səviyyədə iqlim liderliyi mövqeyini möhkəmləndirməklə yanaşı, həm də yerli və regional səviyyədə ətraf mühit problemlərinin həllinə də diqqəti yönəldib.

“Yaşıl” təhsil: Gələcək nəsillər üçün dayanıqlı düşüncə

COP29-un Azərbaycanda təşkil edilməsi təhsil sahəsində yeni imkanlar yaradır. İqlim dəyişiklikləri yalnız ekoloji və iqtisadi məsələ deyil, həm də təhsil sahəsində fundamental mövzudur. Gənc nəsillərin iqlim mövzularında maarifləndirilməsi və onların ekoloji şüurunun inkişaf etdirilməsi yaşıl və dayanıqlı gələcəyin qurulmasında həlledici rol oynayır.

 Məktəb proqramlarına iqlim dəyişikliyi, enerji səmərəliliyi, tullantıların idarə olunması və biomüxtəlifliyin qorunması kimi mövzuların inteqrasiya edilməsi zərurəti yaranır. Bu, uşaqların təhsilin ilk pilləsindən təbiəti qorumaq üçün məsuliyyət hissi ilə yetişməsinə imkan yaradacaq. Bununla yanaşı, məktəblərdə və ali təhsil müəssisələrində praktik biliklərə əsaslanan yaşıl laboratoriyalar, iqlim dəyişikliyi simulyasiya proqramları və ətraf mühitin monitorinqinə dair layihələrin təşkil edilməsi məqsədəmüvafiqdir.

 Ali təhsil müəssisələri isə iqlim, bərpa olunan enerji texnologiyaları və ekoloji idarəetmə sahələri üzrə araşdırmaların genişləndirilməsində mühüm rol oynamalıdır. Xüsusilə Azərbaycan universitetlərinin beynəlxalq iqlim tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək iqlim dəyişikliklərinə qarşı innovativ həllər hazırlaması vacibdir.

İqlim dəyişikliklərinin geniş təbliği və cəmiyyətin maarifləndirilməsi

COP29 həm də iqlim dəyişikliyi mövzusunda geniş ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi üçün mühüm fürsətdir. Media vasitəsilə enerji səmərəliliyinin əhəmiyyəti, karbon izinin azaldılması və ekoloji təmiz həyat tərzinin üstünlükləri haqqında maarifləndirici kampaniyalar aparılmalıdır.

Eyni zamanda, sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə cəmiyyətin bütün təbəqələrinə xitab edən interaktiv layihələr həyata keçirilməlidir. Məsələn, ev təsərrüfatları və müəssisələr üçün karbon emissiyasını azaltmaq üzrə sadə təlimatlar və video materiallar hazırlanmalıdır. Şəhər ictimaiyyətini cəlb etmək üçün ağacəkmə kampaniyaları, ictimai yerlərdə təmiz enerji layihələrinin təqdimatı və sərgilər təşkil edilməlidir.

Elm və texnologiya: İqlim dəyişikliyinə qarşı innovativ yanaşmalar

İqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə elm və texnologiyanın rolu əvəzolunmazdır. Azərbaycanda COP29 çərçivəsində iqlim texnologiyaları sərgiləri, beynəlxalq tədqiqat forumları və mütəxəssislər arasında fikir mübadiləsi təşkil edilə bilər. Bu tədbirlər bərpa olunan enerji mənbələri, karbonun tutulması və saxlanılması texnologiyaları, habelə iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı innovativ həllərin inkişaf etdirilməsinə şərait yaradacaq.

Bundan əlavə, ölkədə qabaqcıl texnologiyaların tətbiqi ilə “yaşıl” şəhərlər konsepsiyasının reallaşdırılması məqsədəuyğundur. Bakı və digər böyük şəhərlərdə ictimai nəqliyyatın karbon emissiyasını azaldacaq layihələrə, enerji səmərəli tikililərin genişləndirilməsinə və ağıllı şəhər texnologiyalarının tətbiqinə daha çox diqqət yetirilməlidir.

Azərbaycanın qlobal iqlim səhnəsində mövqeyi

COP29-un Bakıda keçirilməsi Azərbaycanın ekoloji və iqtisadi inkişafında yeni mərhələni işarələyir. Bu tədbir vasitəsilə iqlim dəyişiklikləri ilə bağlı qlobal əməkdaşlıq güclənəcək, eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə dayanıqlı inkişaf təşəbbüslərinə töhfəsi artacaq. Təhsil sahəsində atılacaq addımlar, yaşıl düşüncənin formalaşdırılması və elmin inkişafı vasitəsilə Azərbaycan cəmiyyəti iqlim dəyişikliyinə qarşı mübarizədə daha məsuliyyətli və aktiv bir rol oynayacaq. COP29 həm ekoloji, həm də iqtisadi baxımdan Azərbaycanın gələcəyini formalaşdırmaq üçün geniş imkanlar yaradır.

Sehran Səfərov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi

Xəbər lenti

4 dekabr, 12:12
5

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
16

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
9

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
17

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
20

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
14

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
13
4 dekabr, 10:44
9

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 10:30
21

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

4 dekabr, 10:26
32

Afət Süleymanova: Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər

4 dekabr, 10:16
11

ATU “Zəyəm Texnologiyaları Parkı” ilə əməkdaşlığa başlayıb

4 dekabr, 10:05
10

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

4 dekabr, 10:03
10

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

4 dekabr, 09:59
10

İSİ-də Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

4 dekabr, 09:54
10

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib

4 dekabr, 09:37
11

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

4 dekabr, 09:33
12

Riyaziyyatın əyləncəli və öyrədici təşkili ilə bağlı layihə icra olunur

4 dekabr, 09:29
9

“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

4 dekabr, 09:16
16

Rusiyada məktəb zəngləri klassik musiqi və populyar mahnılarla əvəzlənəcək

4 dekabr, 09:12
15

Harvard Universitetinin alimləri ürək xəstəlikləri riskini azaldan "sirr"i aşkar ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.