Bütün xəbərlər
4 dekabr, 12:12

“Ötən il 50, cari ildə isə 100 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, erkən yaş dövrünün ilk 3 ili ən önəmli dövrdür. Bu dövrdə görülən tədbirlər uşaqların beyninin inkişafına əhəmiyyətli təsir göstərir:

“Bu da öz növbəsində uşaqların növbəti təhsil pillələrində daha uğurlu olmalarına təsir edir. Məktəbəqədər təhsilə 1-5 yaşlı uşaqlar cəlb  edilir”. 

T.Əhmədov əlavə edib ki, keyfiyyətli təhsilin verilməsi üçün qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış məktəbəqədər təhsil proqramının tətbiqi, məktəbəqədər təhsildə kadr potensialının yaxşılaşdırılması və ixtisasartırmaya cəlb olunan pedaqoji heyətin artırılması vacibdir:

“Məktəbəqədər təhsilin keyfiyyət təminatı sisteminin yaradılması və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi çərçivəsində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər üçün müsabiqə əsasında uyğun namizədlər seçilib, onların bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq təlimlər keçirilib. Müsabiqə və təlimləri uğurla keçmiş namizədlər monitorinqlərə cəlb olunub”.

T.Əhmədov əlavə edib ki, bu prosesdə qiymətləndirmə çərçivə sənədindən əlavə, valideynlər arasında keçirilən sorğular üçün vərəqlər, qruplarda müşahidə formaları, uşaq sağlamlığı və təhlükəsizlik üzrə infrastruktur vəziyyətinin qiymətləndirilməsi üçün yoxlama vərəqləri, bağça heyətinin uşaqlarla ünsiyyət keyfiyyətinin qiymətləndirilməsi formaları, tədris prosesinin və bağça təsərrüfatının idarə edilməsinin qiymətləndirilməsi formaları hazırlanıb.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.