Bütün xəbərlər
15 sentyabr, 15:56

Bu gün Şirvan şəhərində əsaslı təmir olunmuş Tahir Bağırov adına 11 nömrəli, eləcə də Biləsuvar rayonunda yeni tikilmiş Rafiq Rzayev adına Nəsimi kənd tam orta ümumtəhsil məktəblərinin açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi”  xəbər verir ki, Şirvan şəhərində keçirilən mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri, müəllimlər və digər qonaqlar iştirak ediblər.

Köhnə binada aparılmış əsaslı təmir nəticəsində 1176 şagird yerlik məktəbdə müasir sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalı, yeməkxana istifadəyə verilib.

Biləsuvar rayonunda keçirilən açılış mərasimində isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Müşfiq Dadaşov, Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri, müəllimlər və digər qonaqlar iştirak ediblər. 624 şagird yerlik yeni məktəbdə yaradılan şəraitlə tanış olan tədbir iştirakçıları müasir və işıqlı sinif otaqlarında təlim-tədrisin yüksək səviyyədə təşkil olunacağını bildiriblər.

Mərasim iştirakçıları ölkədə təhsilin inkişafına göstərilən daimi qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində Şirvan şəhəri Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində 90, Biləsuvar rayonu Rafiq Rzayev adına Nəsimi kənd tam orta ümumtəhsil məktəbində isə 50 nəfər şagird birinci sinifdə təhsil alacaq.

1 /9

Şərhlər

Xəbər lenti

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 12:20

Şəhid anası müəllim: Oğlum xidmət etdiyi hərbi hissədə 2 ali təhsilli əsgərdən biri olub

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

7 oktyabr, 11:46

“Hələ tam dərk etmirəm” – Nobel laureatı xəbəri necə aldı?

7 oktyabr, 11:19

Tural Əhmədov: Azərbaycanın bütün universitetlərinin diplomu xaricdə tanınır

7 oktyabr, 10:58

AzMİU və Fırat Universiteti arasında tətbiqyönlü elmi əməkdaşlığa start verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.