
“3 kolleci, 2 tədqiqat institutu, 1 rəsədxanası, mərkəzləri ilə müasir tipli və çoxprofilli təhsil sisteminə malik Naxçıvan Dövlət Universiteti uğurları ilə daim seçilir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində (NDU) 15 sentyabr “Bilik günü” ilə bağlı keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev deyib.
Rektor ali təhsil ocağının genişmiqyaslı imkanlarından danışıb: “Bu il bakalavr üzrə 1764, magistratura üzrə isə 208 tələbə universitetə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb, yüksəkballı qəbul sayı 4 dəfə artaraq 41-dən 152 nəfərə çatıb. Qruplar üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşünaslıq”, “Tibb”, “Kompüter mühəndisliyi” və digər ixtisaslarında təhsil almaq imkanı əldə ediblər. NDU “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə ən yüksək keçid balına malik universitetlər sırasında ilk sırada qərarlaşıb. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr var. IV qrup üzrə 600-dən yuxarı bal toplayan 130 nəfər NDU-nu seçib ki, nəticədə plan yerləri 100 faiz dolaraq universitet tarixində rekord göstərici olub”.
Həmçinin ölkə universitetləri arasında ilk dəfə NDU-da yaradılan “Tibb” ixtisası üzrə SABAH qruplarının yeni tədris ilindən ingilis dilində də aparılacağını əlavə edən rektor növbəti yeniliklərdən bəhs edib. Universitet nəzdində ingilisdilli bağça, alman dili hazırlıq və imtahan mərkəzi, tibb kampusunun planlaşdırılan layihələr sırasında olduğunu vurğulayıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər