
“Bu gün ölkəmizin hər yerində “Bilik günü” qeyd olunur. Vətənimizin bütün nöqtələrində məktəblərimiz bu gündən etibarən tədris ilinə başlayır. Bu il də işğaldan azad olunmuş bölgələrimizdə yeni istifadəyə verilən məktəblər var və bizim şagirdlərimiz həmin istifadəyə verilmiş məktəblərdə ilk təhsil həyatına başlayacaqlar. Bu da bizi olduqca qürurlandırır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə 2025-2026-cı tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O bildirib ki, muxtar respublikada da artıq bütün məktəblər hazır şəkildə yeni tədris ilinə başlayıb: “Bu il muxtar respublikamızda 50 500 şagird təhsil alacaq ki, bu şagirdlər tədris prosesinə cəlb olunub. 7 mindən artıq təhsil işçisi şagirdimizin tədris prosesi ilə məşğul olacaq. Biz bilirik ki, tədris ilinin ən mənalı başlanğıclarından biri birinci siniflərə qəbul olan uşaqların məktəb həyatına ilk qədəmləri, tədris həyatına başlamalarıdır. Qeyd edim ki, artıq muxtar respublikamızda birinci siniflərə 3800-dən artıq şagird qəbul olunub. Onlar ilk tədris gününə başlayıb. Xüsusilə bir də vurğulamaq istəyirəm ki, məktəbəhazırlıq qruplarında da 3000-dən artıq şagirdimiz tədris prosesinə cəlb olunub”.
Nazir vurğulayıb ki, muxtar respublikada bütün təhsil müəssisələri tədris ilinə hazırdır: “Ölkə rəhbərliyinin qayğısı və ölkəmizin iqtisadi potensialı nəticəsində bütün məktəblərimizdə olan infrastruktur şagirdlərimizin yüksəkkeyfiyyətli təhsil almasına imkan yaradır. Mən yeni tədris ili münasibətilə həm müəllimlərimizi, həm valideynlərimizi, həm də şagirdlərimizi təbrik edirəm. İnanıram ki, 2025-2026-cı tədris ili Naxçıvan Muxtar Respublikasının, eyni zamanda ölkəmizin ən uğurlu təhsil illərindən biri olacaq və bizim ötən illərdə əldə etdiyimiz uğurlardan daha yüksək nəticə ilə yadda qalacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər