
Xankəndi tələbələr şəhəri olacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi ilə söhbəti zamanı deyib.
"Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni Xankəndi tələbələr şəhəri olacaq", – deyə Prezident İlham Əliyev bildirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər