Bütün xəbərlər
4 dekabr, 10:05

Bakı Dövlət Universitetində (BDU) fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki, professor Arif Babayev universitetin Riyazi analiz kafedrasının təşkilatçısı və rəhbəri olub, qısa müddət ərzində sinqulyar inteqral tənliklər və məxsusi inteqrallar sahəsində güclü elmi məktəb yaradıb. Bu məktəb keçmiş SSRİ-də dörd məktəbdən biri sayılırdı. Onun rəhbərliyi altında onlarla alim yetişib.

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev görkəmli alimin həyat yolu və zəngin elmi fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, Arif Babayev 1934-cü il noyabrın 11-də anadan olub, BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirib. 1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə edib, 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilib. O, BDU-nun Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışıb.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru professor Misir Mərdanov, Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayev, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Riyazi fizika tənlikləri kafedrasının müdiri akademik Yusif Məmmədov, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vaqif Quliyev, Arif Babayevin qızı Nigar Novruzova çıxışlarında görkəmli alimin elmi və pedaqoji fəaliyyətindən bəhs edib, onun riyaziyyatın böyük bilicisi, təbliğatçısı və təşkilatçısı olduğunu bildiriblər.

Konfransda görkəmli alimin elmi irsi haqqında müzakirələr aparılacaq, riyaziyyatın müasir problemləri, bu sahədə yeni tədqiqatlar təqdim ediləcək.

1 /4

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.