Bütün xəbərlər
30 noyabr, 22:28

Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq.

“Azərbaycan müəllimi” Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, universitetə növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.

“Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisaslar da yaradılacaq. Yəni mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və digər müəllimlik ixtisaslarını çalışacağıq ki, tam əhatə edək”, - deyə o bildirib.

Onun sözlərinə görə, mühəndislik ixtisaslarının da sayı artacaq.

“Birmənalı olaraq hələ ki bu proses gedir. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq. Tibb fakültəsində ali təhsil səviyyəsində həm tibb, həm də tibb bacısı ixtisaslarının açılması planlaşdırılır. Bundan əlavə, təbiət fənnləri üzrə fakültənin də açılmasını düşünürük”,- deyə E.Əmrullayev bildirib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.