Bütün xəbərlər
3 iyul, 20:00

İyulun 3-də STEAM İnnovasiya Mərkəzində #AzərbaycanMüəllimləri adlı milli müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, video məzmun yaradılması üzrə aparıcı platforma olan “TikTok”un Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirdiyi ilk #AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri Bakı şəhəri 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günel Əkbər, “Simurq” liseyinin riyaziyyat və informatika müəllimi Aysel Yaqub və Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bəxtiyar Bəxtiyarlı olub.

Tədbirdə çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova qalibləri təbrik edərək qeyd edib ki, sosial şəbəkələrdə faydalı kontentlərin yaradılması və bu prosesə müəllimlərin də aktiv şəkildə qoşulması mühüm təşəbbüsdür: “Bəzən ictimaiyyətdə belə fikir formalaşır ki, bu cür layihələr azyaşlıları sosial mediaya yönləndirir. Amma şagirdlər onsuz da bu platformalara daxil olurlar. Məqsədimiz onların faydalı məzmunlardan bəhrələnməsinə şərait yaratmaqdır”.

“TikTok” şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə ictimai siyasət direktoru Mixail Yakuşev çıxışında platformanın pozitiv və maarifləndirici kontentlərin yaradılmasında maraqlı olduğunu vurğulayıb və bu müsabiqənin təşkilində verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib: “Bu layihənin məqsədi uşaqları sosial mediaya yönəltmək yox, onların yeni öyrənmə üsulları ilə tanış olmasına şərait yaratmaqdır. Mən özüm də müəllim olmuşam. Əgər o vaxt bu cür texnoloji imkanlar olsaydı, tədris prosesində çox işimizə yarayardı. İndi bu imkan mövcuddur və biz ondan faydalanırıq”, – deyə vurğulayıb.

M.Yakuşev gələcəkdə bu cür layihələrin daha geniş auditoriyanı əhatə etməsi üçün səylərini davam etdirəcəklərini də vurğulayıb.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxışında müsabiqənin keçirilməsində əsas məqsədin faydalı məzmunun yaradılması və onun geniş auditoriyaya çatdırılması olduğunu bildirib. O qeyd edib ki, nazirlik sosial media platformalarında maarifləndirici məzmunun yaradılmasında maraqlı tərəfdir və bu prosesdə müəllimlərin fəallığı vacib rol oynayır. Səbuhi Rzayevin sözlərinə görə, məktəblərdə şagirdləri maarifləndirməyə çalışan müəllimlər sosial medianın imkanlarından istifadə etməklə daha geniş auditoriyaya təsir edə və onların da maariflənməsinə töhfə verə bilərlər.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Natəvan Bədəlova isə müəllimlərin bu prosesdəki fəallığının və innovativ yanaşmalarının yüksək qiymətləndirildiyini bildirib: “Müəllimlər peşəkarlıqlarını artıq sinif otaqlarından kənarda – sosial media platformalarında nümayiş etdirirlər. Bu, cəsarət və yaradıcılıq nümunəsidir”.

Tədbirdə qalib müəllimlər də çıxış edərək müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb, sosial media vasitəsilə maarifləndirici məzmun yaratmağın əhəmiyyətindən danışıblar.

Sonda qaliblərə “TikTok” platformasında keyfiyyətli kontent yaratmalarına dəstək olacaq “iPhone 16 Pro Max” smartfonları təqdim olunub.

Qeyd edək ki, bu layihə müəllimlərin rəqəmsal platformalarda nümayiş etdiyi peşəkar bacarıqların cəmiyyətlə bölüşülməsi, təhsildə texnologiyanın imkanlarının genişləndirilməsi və şagirdlərin daha sağlam məzmuna yönləndirilməsi baxımından önəmli təşəbbüslərdən biri kimi qiymətləndirilir.

1 /7

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.