Bütün xəbərlər
3 iyul, 12:44

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi və “Code Academy”nin tərəfdaşlığı ilə “Code8 Hackathon” keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Code For Future” layihəsi çərçivəsində keçirilən yarışda istedadlı universitet tələbələri və proqramlaşdırma sahəsində fəaliyyət göstərən peşəkarlar iştirak ediblər.

Tədbirin məqsədi tələbələrin texniki biliklərini real iş mühitində tətbiq etməsi, komanda işi, vaxtın idarə olunması və təqdimat bacarıqları kimi vacib yumşaq bacarıqlarını inkişaf etdirməsidir. Tədbir çərçivəsində 8 komanda 6 layihə üzərində işləyərək öz ideyalarını peşəkar münsiflər heyətinə təqdim ediblər.

“Hackathon” iştirakçıları sektorda tanınmış mütəxəssislərdən tövsiyələr almaq, gələcək karyera imkanlarını genişləndirmək və kreativ yanaşmalarını nümayiş etdirmək imkanı qazanıblar. Şirkət nümayəndələri isə yeni istedadları kəşf etmək, gələcəyin potensial proqramçıları ilə birbaşa ünsiyyət qurmaq və sahə üzrə biliklərini paylaşmaq imkanı əldə ediblər.

“Code8 Hackathon” gənclərin texnologiya sahəsində inkişafını dəstəkləmək və onları gələcəyin rəqabətli əmək bazarına hazırlamaq baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.

Qeyd edək ki, “Code For Future” layihəsi 2021-ci ildən Elm və Təhsil Nazirliyi və “Code Academy”nin əməkdaşlığı ilə həyata keçirilir. Layihə bu müddət ərzində minlərlə tələbənin İKT sahəsində keyfiyyətli təhsil alaraq iş dünyasına hazırlanmasına dəstək olub.

1 /2

Şərhlər

Xəbər lenti

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.