Bütün xəbərlər
3 iyul, 17:15

Tələbə krediti üçün ayrılan vəsaitin həcminin 2025-ci ilin sonunadək 22 milyon manata çatacağı gözlənilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, Fondun maliyyələşdirdiyi tələbələrin sayı ildən-ilə artan dinamika ilə dəyişir:

"Bu artım, ölkənin təhsil strategiyasının mühüm göstəricilərindən biri olmaqla yanaşı, tələbələrə göstərilən dəstəyin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, 2021/2022-ci tədris ili üçün 6 milyon manat ayrıldığı halda, bu məbləğ 2022/2023-cü tədris ilində 11.8 milyon manata, 2023/2024-cü tədris ilində isə 16 milyon manata çatıb. 2024/2025-ci tədris ili üçün isə ayrılan maliyyə vəsaiti 19.6 milyon manat təşkil edir".

Fonddan qeyd edilib ki, təqvim illəri üzrə də ardıcıl artım müşahidə olunur.

"2022-ci ildə 10.2 milyon manat, 2023-cü ildə 13.9 milyon manat, 2024-cü ildə isə 17.5 milyon manat vəsait ayrılıb. 2025-ci ilin ilk altı ayı ərzində bu məbləğ artıq 11.7 milyon manata çatıb. Mövcud proqnozlara əsasən, 2025-ci ilin sonunadək bu rəqəmin 22 milyon manata çatacağı gözlənilir.

Ümumilikdə Fond yarandığı gündən bu günədək tələbələrə 53 milyon manatdan çox maliyyə dəstəyi göstərib. Bu vəsaitin 33 milyon manatdan çoxu standart növ təhsil tələbə krediti, 20 milyon manatdan çoxu isə sosial növ təhsil tələbə krediti üzrə ayrılıb. Bu nisbət, Fondun həm sosial bərabərliyini təmin etməyə, həm də təhsil imkanlarını genişləndirməyə yönəlmiş fəaliyyətini əks etdirir", - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu 2021-ci ildən etibarən ölkədə təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələrin maddi yükünü azaltmaq məqsədilə fəaliyyət göstərir. Hazırda Fond tərəfindən təqdim olunan sosial və standart növ təhsil tələbə kreditləri minlərlə tələbənin təhsilini davam etdirməsinə şərait yaradır.

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.