Bütün xəbərlər
3 iyul, 14:43

ABŞ-nin San Antonio şəhərində keçirilən ISTE təhsil konfransında "Google" şirkəti təhsildə süni intellektin tətbiqi ilə bağlı əhəmiyyətli yenilikləri elan edib. Bu yeniliklər çərçivəsində şirkət süni intellekti əlavə funksiya kimi deyil, təhsilin əsas sütunu kimi təqdim edib. Yeni imkanların daha çox "Google Classroom" platformasında hiss olunacağı vurğulanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, "Google Classroom"dakı yeniliklər sayəsində müəllimlər artıq dərs planları hazırlamaq, lüğət siyahıları tərtib etmək, testlər və riyaziyyat tapşırıqları yaratmaq, valideyn məktublarının layihəsini yazmaq və sinif materiallarını oyunlaşdırmaq kimi funksiyalardan süni intellekt dəstəyi ilə istifadə edə biləcəklər.

Mütəxəssislərin sözlərinə əsasən, "Google"un süni intellekt platforması olan "Gemini"nin bütün "Google Workspace for Education" istifadəçiləri üçün pulsuz şəkildə əlçatan olması ilə dünya üzrə milyonlarla müəllim və şagird premium səviyyəli süni intellekt imkanlarından əlavə xərc olmadan istifadə edə biləcəklər.

"Google"un təhsil üzrə vitse-prezidenti Şantanu Sinha bildirib ki, şirkət sadəcə yeni funksiyalar əlavə etmir, eyni zamanda süni intellekt dövründə tədris və öyrənməni yenidən qurur. 

"Google"un təqdim etdiyi yeniliklər arasında "NotebookLM" və "Gems" adlı iki mühüm vasitə də var. "NotebookLM" tədqiqat və yazı işlərində tələbələrə kömək edən, "Gems" isə müəllimlər tərəfindən yaradılan və şagirdlərə fərdi şəkildə dəstək verən süni intellektli “rəqəmsal köməkçilər”dir. Bu alətlər həm dərs zamanı, həm də dərsdən sonra şagirdlərin öyrənməsini dəstəkləyəcək.

Tədrisdə vizual ünsiyyətin gücünü nəzərə alan "Google" "Google Vids" platformasını da təhsil üçün genişləndirib. İndi müəllimlər və şagirdlər öz tədris videolarını yarada, layihələrini təqdim edə və video əsaslı öyrənməni asanlıqla tətbiq edə bilərlər.

Sonda qeyd edək ki, "Google"un bu təşəbbüsləri süni intellektin təhsildə daha geniş və bərabər imkanlarla tətbiqini təmin edir. Pulsuz təklif edilən bu güclü alətlər, müəllimlərin iş yükünü azaldaraq tədrisin keyfiyyətini artırmaq məqsədi daşıyır və şagirdlər üçün fərdi öyrənmə imkanlarını genişləndirir.

Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı

Şərhlər

Xəbər lenti

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar -16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.