
Mənfi qütblü tac dəliyi axınlarınının və 17 avqustda baş vermiş tac kütlə atılmalarının təsiri ilə bu gün və sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə “Azərbaycan müəllimi”nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, sonrakı günlərdə isə sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi proqnozlaşdırılıb.
18-25 avqust tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 35%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%,X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək, 10 MeV-dən çox enerji yüklü proton selinin fon səviyyəsində olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 5-65%, orta qütb dairələrində isə 35-10%-dir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər