Bütün xəbərlər
19 avqust, 11:41

Bakı Mühəndislik Universiteti (BMU) ilə Səmərqənd Dövlət Universitetinin (SDU) nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Özbəkistan Respublikasının ən qədim və böyük ali təhsil ocaqlarından olan SDU ilə ikitərəfli əməkdaşlığın inkişafı məqsədi daşıyan görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin beynəlxalq əlaqələri, həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə geniş məlumat verib. O, BMU-nun beynəlxalq təhsil məkanında daha da möhkəmlənməsi istiqamətində atılan addımları vurğulayıb.

Öz növbəsində SDU-nun beynəlxalq əməkdaşlıq üzrə prorektoru Akmal Axatov Rustamovich ali təhsil ocağının elmi və tədris sahəsindəki fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışıb, tərəfdaşlığın hər iki universitet üçün faydalı ola biləcəyini deyib. Görüşdə, həmçinin iki ali təhsil müəssisəsi arasında ortaq maraq doğuran mövzular ətrafında geniş müzakirələr aparılıb və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Müzakirələr zamanı SDU nümayəndələri əməkdaşlıq üçün bir sıra konkret istiqamətlər – qış və yay məktəblərinin təşkili, tələbələrdən ibarət komandaların birgə tədqiqatlar aparması, tələbə mübadiləsi proqramlarının icrası, ikili diplom proqramlarının hazırlanması və birgə layihələrin həyata keçirilməsi təklifi ilə çıxış ediblər. Tərəflər əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını vurğulayaraq, gələcəkdə birgə elmi-praktiki tədbirlərin təşkili və innovativ layihələrin reallaşdırılması istiqamətində sıx əməkdaşlıq etməyə razılaşıblar.

Görüş səmərəli dialoq mühitində keçib və iki universitet arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilib.

1 /2

Şərhlər

Xəbər lenti

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

19 avqust, 11:33

Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alıb

19 avqust, 11:30

Süni intellektə görə IT məzunları işsizliklə üzləşirlər – ARAŞDIRMA

19 avqust, 11:23

Avropa çempionu UNEC komandasına transfer olub

19 avqust, 11:21

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19 avqust, 11:10

Komitə: Uşaqların sosial mediada qeyri-etik videolarda iştirakı narahatlıq doğurur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.