
Bakı Ali Neft Məktəbinin (BANM) “Climacel” komandası hər il Gürcüstanda keçirilən nüfuzlu GIST (Global Innovation through Science and Technology) proqramında qalib gələrək 7000 ABŞ dolları mükafata layiq görülüb.
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, proqramda ümumilikdə 20 komanda iştirak edib. Bu il Azərbaycandan 7 komanda seçilib ki, onların 5-i məhz BANM tələbələrindən ibarət olub.
Qalib komanda üzvləri: Fatimə Nəsirova, Xəyalə Miriyeva
Komandanın mentoru: Elmar Əsgərzadə
“Climacel” komandası innovativ yanaşması və peşəkar təqdimatı ilə münsiflər heyətinin yüksək qiymətini qazanaraq beynəlxalq səviyyədə Azərbaycanı uğurla təmsil edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər