Bütün xəbərlər
19 avqust, 13:43

Pekində keçirilən Qlobal Ağıllı Təhsil Konfransında təqdim olunan UNESCO-nun yeni hesabatında Şərqi Asiyada təhsilin rəqəmsal transformasiyası prosesində məktəb və təhsil sistemi rəhbərlərinin rolunun həlledici əhəmiyyət daşıdığı vurğulanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, hesabatda Çin, Yaponiya və Cənubi Koreya təhsilin rəqəmsallaşdırılmasını öz modernləşmə strategiyalarının əsas istiqaməti kimi müəyyənləşdirildiyi qeyd olunub. Məsələn, Çin 2030-cu ilədək bütün ibtidai və orta məktəblərdə süni intellekt tətbiq etməyi planlaşdırır. Yaponiyada 2020-ci ildə məktəblərin cəmi 8 faizində istifadə olunan rəqəmsal dərsliklərin payı 2024-cü ildə 88 faizə çatıb. Cənubi Koreya isə 2028-ci ilədək süni intellektlə təchiz olunmuş dərslikləri bütün məktəblərdə istifadəyə verməyi planlaşdırır.

“Rəqəmsal texnologiyanın təhsildə dəyişmə sürəti fasiləsizdir. İslahatlarda insan amilinə xüsusi önəm verilməli, şagirdlərin maraqları birinci plana çəkilməlidir. Bu prosesdə məktəb və sistem rəhbərlərinin rolu çox böyükdür, lakin bəzən bu əhəmiyyət yetərincə qiymətləndirilməyib. Onların dəstəklənməsi ölkələr üçün vacibdir ki, texnologiyaya yönəlik siyasət nəticəsində təhsil daha çox şagirdyönümlü, davamlı və məqsədəuyğun olsun”, – deyə UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatının direktoru Manos Antoninis bildirib.

Hesabatda bildirilir ki, rəqəmsal transformasiyanın effektiv idarə edilməsi üçün məktəb və sistem rəhbərlərinə daha çox müstəqillik, aydın qaydalar və peşəkar hazırlıq imkanları təqdim olunmalıdır. Təhsil rəhbərlərinin seçilməsi ilə bağlı dövlət siyasəti də texnologiyanın inkişafına uyğun olaraq dəyişdirilməli, məktəblərə texniki məsələlərdə dəstək üçün ixtisaslı heyət ayrılmalıdır.

Eyni zamanda, rəqəmsal transformasiyanın gedişatında bərabərsizliyin artmaması üçün təcrübə mübadiləsi və əməkdaşlıq təşviq edilməlidir. Məsələn, Çinin Qinhay əyaləti rəqəmsal baxımdan daha inkişaf etmiş Şanxay, Tsyansi və Çjetszyan bölgələri ilə tərəfdaşlıq quraraq bilik mübadiləsini gücləndirib.

Hesabatda əlavə olaraq təhsil sahəsində rəqəmsal məlumatların istifadəsi, izlənməsi və uyğunlaşdırılması ilə bağlı nümunələr də təqdim olunur. Çin artıq 32 əyalət platformasını vahid Milli Ağıllı Təhsil Platformasında birləşdirib. Yaponiya isə 2023-cü ildə Təhsil Məlumatları Standartı 4.0-ı qəbul edərək məktəblərlə bələdiyyələr arasında məlumat mübadiləsini asanlaşdırıb.

UNESCO xəbərdarlıq edir ki, rəqəmsal təhsil nəticələrinin monitorinqi yalnız yaxşı ilkin şəraitə malik bölgələrdə aparılarsa, bu, sosial bərabərsizliyi daha da dərinləşdirə bilər.

Şərhlər

Xəbər lenti

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

19 avqust, 11:33

Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alıb

19 avqust, 11:30

Süni intellektə görə IT məzunları işsizliklə üzləşirlər – ARAŞDIRMA

19 avqust, 11:23

Avropa çempionu UNEC komandasına transfer olub

19 avqust, 11:21

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19 avqust, 11:10

Komitə: Uşaqların sosial mediada qeyri-etik videolarda iştirakı narahatlıq doğurur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.