Bütün xəbərlər
19 avqust, 12:26

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə istirahət proqramı təşkil edilib.11-17 avqust tarixlərini əhatə edən istirahət proqramı çərçivəsində sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün xüsusi təşəbbüs reallaşdırılıb. 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimləri təqdir etmək, onların motivasiyasını artırmaq və qarşılıqlı təcrübə mübadiləsi üçün şərait yaratmaq olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqramda həm yüksək nəticə əldə etmiş müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər. İştirakçılar müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində fəal iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, kollektiv ruhun güclənməsinə və yeni əməkdaşlıqların yaranmasına zəmin yaradıb.

Tədbir çərçivəsində həmçinin intellektual oyun təşkil edilib. Müxtəlif bölgələrdən gələn iştirakçıların qatıldığı yarışda təhsil işçiləri öz bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, əyləncəli və maarifləndirici anlar yaşayıblar.

İstirahət proqramı müddətində iştirakçılar üçün həm sosial əlaqələrin qurulması, həm də təcrübə mübadiləsi baxımından dəyərli imkanlar təqdim edilib, bütövlükdə  yaddaqalan və ruhlandırıcı bir təcrübəyə çevrilib.

1 /9

Şərhlər

Xəbər lenti

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

19 avqust, 11:33

Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alıb

19 avqust, 11:30

Süni intellektə görə IT məzunları işsizliklə üzləşirlər – ARAŞDIRMA

19 avqust, 11:23

Avropa çempionu UNEC komandasına transfer olub

19 avqust, 11:21

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19 avqust, 11:10

Komitə: Uşaqların sosial mediada qeyri-etik videolarda iştirakı narahatlıq doğurur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.