Bütün xəbərlər
19 avqust, 14:41

Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəblərdə uşaqlara yalnız akademik biliklərin deyil, həm də yumşaq bacarıqların (soft skills) öyrədilməsi daha da vacib hala gəlir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, təhsil siyasəti üzrə professor və keçmiş məktəb müəllimi C.L.Stel məqaləsində məktəblərin artıq təkcə bilik öyrətməklə kifayətlənməməli, həm də şagirdlərin emosional savadlılığını, əməkdaşlıq bacarıqlarını və problem həll etmə qabiliyyətini gücləndirməli olduğunu yazıb.

Məqalədə vurğulanır ki, son yarım əsrdə ən yüksək maaşlı işlər, əsasən, elm və texnologiya sahəsindəki işlərə aiddir. Lakin generativ süni intellektin (AI) yayılması ilə bu tendensiya dəyişə bilər. Çünki artıq bəzi işəgötürənlər müəyyən peşələri süni intellekt ilə əvəz etməyi planlaşdırdıqlarını bildirirlər. Nəticədə gələcəkdə əmək bazarı daha az proqramçıya və baza səviyyəsinə malik analitik işçilərə ehtiyac duyacaq.

Mütəxəssislərin fikrincə, süni intellekt insan kimi kod yaza, mətn, şəkil və məlumat analizləri apara bilsə də, insan düşüncəsini və hisslərini başa düşmək qabiliyyətinə malik deyil. Bu səbəbdən insanlarla ünsiyyət, emosional savadlılıq, əməkdaşlıq, problemə yaradıcı yanaşma kimi yumşaq bacarıqlar daha da ön plana çıxacaq.

Professor bildirir ki, müəllimlər bu bacarıqları ənənəvi fənlərlə birlikdə öyrədə bilərlər. Məsələn, dərs sonunda şagirdlərdən yazılı “çıxış bileti” ("exit ticket") istənilə bilər. Onlarda yalnız öyrənilən mövzu deyil, həm də şagirdlərin gün ərzində başqasına yardım etməsi, çətin tapşırığı necə həll etməsi və s. haqqında yazmaları tələb oluna bilər. Bu həm akademik, həm də sosial-emosional öyrənməni dəstəkləyir.

Eyni zamanda müəllimlər şagirdləri cavabı əvvəlcədən məlum olmayan real problemlərin həllinə cəlb edə bilərlər. Məsələn, məktəb həyətində torpağın rütubətini ölçüb landşaft həlləri təklif etmək, sosial problemlərlə bağlı video kampaniyalar hazırlamaq və ya alternativ tarixi ssenarilər üzərində düşünmək kimi fəaliyyətlər şagirdlərdə yaradıcı və tənqidi düşünməni inkişaf etdirir.

Ekspertlərin sözlərinə görə, şagirdlər bəzən süni intellektdən istifadə edərək yazı işlərini ona həvalə edirlər. Lakin bu, yeni bacarıqların qazanılmasına mane olur. Ona görə də müəllimlər dərs prosesində ənənəvi üsulları qoruyaraq şagirdlərin yavaş-yavaş öyrənməsinə şərait yaratmalıdırlar.

Nəticə etibarilə süni intellekt dövründə məktəblərin əsas vəzifəsi şagirdlərə yalnız bilik deyil, həm də öz emosiyalarını idarə etmək, başqaları ilə əməkdaşlıq etmək və mürəkkəb problemlərə yaradıcı yanaşmaq bacarıqlarını öyrətməkdir. Professorun fikrincə, ən vacib bacarıq isə öyrənməni qısa yollardan üstün tutmağı, yəni işi süni intellektə tapşırmadan əvvəl onu özünün bacarmağını öyrənməkdir.

Şərhlər

Xəbər lenti

21 oktyabr, 21:44

Bakıda məktəbdə yanğın olub? – BŞTİ-dən AÇIQLAMA

21 oktyabr, 21:15

Qarabağ Universitetində startap və rəqəmsallıq mövzusunda görüş keçirilib

21 oktyabr, 21:07

Qarabağ Universiteti təhsil və innovasiyanın mərkəzinə çevrilir

21 oktyabr, 18:55

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetini ziyarət edib

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.