Alimlərin yeni araşdırması göstərib ki, insan beynində qəfil yaranan “Evrika!” və ya “aha!” anları, əslində, tamamilə gözlənilməz deyil. Bu yaradıcı sıçrayışlardan bir neçə dəqiqə əvvəl insan davranışında incə dəyişikliklər müşahidə olunur.
Araşdırmanın nəticəsi “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Kaliforniya Universitetinin (Merced) tədqiqatçısı Şədab Tabatabaeian və həmkarları bu məqsədlə 6 doktorant riyaziyyatçını çətin məsələləri həll edərkən videoya çəkiblər. Riyaziyyatçıların lövhədə yazmaq, silmək, göstərmək və diqqəti dəyişmək kimi 4600-dən çox hərəkəti təhlil olunub.
Nəticədə məlum olub ki, riyaziyyatçılar “evrika!” deyərək həll yolunu tapmazdan əvvəl onların düşüncə və davranışları daha az proqnozlaşdırıla bilən, yəni daha qeyri-adi və yaradıcı olur.
Tədqiqatçılar bu dəyişiklikləri informasiya nəzəriyyəsi alətləri ilə ölçərək, həqiqətən də, “yaradıcı sıçrayışdan əvvəl” xüsusi davranış nümunələrinin artdığını təsdiqləyiblər.
Alimlərin fikrincə, bu yanaşma yalnız riyaziyyat deyil, kimya, dizayn, incəsənət kimi sahələrdə də tətbiq oluna bilər. Yəni gələcəkdə bu metod yaradıcılıq prosesini daha dərindən anlamağa və hətta elmi kəşfləri qabaqcadan proqnozlaşdırmağa imkan verə bilər.
Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər