Bütün xəbərlər
19 avqust, 15:06

Azərbaycan təhsilində uğurlu, yenilikçi simaların yetişməsi heç də təsadüfi deyil. Bu yol zəhmət, akademik bilik, beynəlxalq təcrübə və ən əsası, pedaqoji sevgidən keçir. Belə simalardan biri də Yevlax şəhəri Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Bahar Əbülfətdir. Onun fəaliyyəti təkcə şagirdlərin dərs nailiyyətləri ilə məhdudlaşmır, həm də müəllimlər, gənclər və bütöv bir cəmiyyət üçün ilham mənbəyinə çevrilir.

Bahar müəllim Azərbaycan Dillər Universitetində “İngilis dili və ədəbiyyat” ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Qafqaz Universitetində magistratura səviyyəsində “İngilis dilinin xarici/ikinci dil kimi tədrisi” (Teaching English as a Foreign/Second Language – TESL) üzrə ixtisaslaşıb. Təhsilini Amerika Birləşmiş Ştatlarında (ABŞ) davam etdirərək Şimali Karolina Universitetində “İngilis dilinin ikinci dil kimi tədrisi” (Teaching English as a Second Language – ESL) diplomu ilə tamamlayıb.

Bu nailiyyətlər ona yalnız bilik deyil, həm də dünyaya açılan qapı qazandırıb. Akademik təhsilini beynəlxalq təcrübə ilə birləşdirən Bahar müəllim İsveçrədə “Our Chalet” mərkəzində təcrübəçi kimi çalışıb. Bu təcrübələr onu multikultural düşüncəyə, fərqli mühitlərdə işləmək vərdişinə və şagirdləri dünyaya hazırlamaq bacarığına sahib edib.

Həm müəllim, həm mentordur

Hazırda Bahar müəllim yalnız məktəbdə deyil, müxtəlif qurumlarda pedaqoji missiyasını davam etdirir. O, Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi olmaqla yanaşı, “Microsoft Certified Educator” (MCE) proqramında təlimçi, “Kembriclə ingilis dili öyrənək” (Learning English with Cambridge) layihəsində ingilis dili müəllimi, Mərkəzi Aran Regional Təhsil İdarəsində peşəkar inkişaf mentorudur. Onun fəaliyyət dairəsi genişləndikcə nümunəvi işləri də daha çox insana çatır.

“Bu proqramda öyrəndim ki, müəllim yalnız öyrədən deyil, daim öyrənəndir”

Bahar müəllimin uğurlarında xüsusi mərhələ ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə həyata keçirilən “Bir Müəllimin Manifesti” təhsil proqramında iştirakı olub.
 

O, bu barədə belə deyir:

“Mən bu proqramda öyrəndim ki, müəllim yalnız öyrədən deyil, daim öyrənəndir. Bu layihənin bir parçası olmaq böyük fəxrdir”.
Bu proqram çərçivəsində o, ABŞ-də qazandığı təcrübələri həmkarları ilə bölüşüb. Yevlax və ətraf rayonların müəllimləri ilə keçirdiyi interaktiv sessiyalarda müəllimlərin “dincələrək öyrəndik” sözləri də onun pedaqoji üslubunun təsir gücünü göstərir.

Bahar müəllim ənənəvi dərslərlə kifayətlənmir. Onun pedaqoji yanaşması bəzən fırça və boyalarda özünü göstərir. Yay tətilində şagirdləri ilə birgə sinif otağını boyayıb, rəngarəng bir mühit yaradıb. O deyir ki, bu, sadəcə otaq yeniləməsi deyil, uşaqlarda əməkdaşlıq, yaradıcılıq və birgə iş mədəniyyətinin formalaşması idi.

Bahar müəllim şagirdləri ilə tez-tez səfərlərə çıxır, onları yarışlarda iştirak üçün paytaxta aparır. Beynəlxalq Kenquru ingilis dili müsabiqəsində onun şagirdlərinin qazandığı nəticələr bu zəhmətin bəhrəsidir:

•  Şəhla Səttarlı – 114 balla 2-ci yer;
•  Məryəm Qarayeva – 87,5 balla 3-cü yer;
•  Fatimə Seyidli – 91 balla iştirakçı sertifikatı.

“Mən şagirdlərimin uğurunu öz uğurum hesab edirəm. Onların səsi ölkə hüdudlarını aşanda qürur hissim qat-qat artır”, – deyir Bahar müəllim.

Oxuya sevgini artırmaq üçün kitab klubu yaratdı

Onun ən böyük təşəbbüslərindən biri “Kitab ulduzu” (Book Star) kitab klubudur. Burada şagirdlər oxuduqları kitablara görə “ulduz” seçilir və müəllimin hədiyyəsi ilə mükafatlandırılır.

“Əsas məqsədim uşaqların oxu dilini tədricən ingiliscəyə keçirməkdir. Beləcə, həm dil öyrənir, həm də dünyanı oxuyaraq kəşf edirlər”, – deyə müəllim bildirir.

O, bu dərsləri çox vaxt sinif otağında deyil, məktəb həyətində, açıq havada keçirməyə üstünlük verir. Beləcə, şagirdlərin dünyasını bir otağa sığdırmamağa çalışır.
 

“Açıq hava dərsləri və oyunlar bu düşərgəni unudulmaz edib”

Tədris ilindən sonra da Bahar müəllim fəaliyyətinə davam edir. O, şagirdləri ilə birlikdə Xaçmazın Samur-Yalama Milli Parkında “EkoSöz – İngilis dili Yay Düşərgəsi” (EcoSpeak – English Summer Camp) təşkil edib. O deyir ki, burada uşaqlar həm dillərini təkmilləşdirdilər, həm də təbiətin qoynunda öyrənməyin dadını çıxardılar. Çadırda qalmaq, tonqal başında söhbətlər, açıq hava dərsləri və oyunlar bu düşərgəni unudulmaz edib.

“Mən istəyirəm ki, uşaqlar yalnız kitabdan yox, həyatdan da öyrənsinlər. Təbiət ən böyük müəllimdir”, – deyə Bahar müəllim bu layihənin mahiyyətini açıqlayır.

O həm də belə düşünür: “Mən istəyirəm ki, uşaqlar uğuru yalnız nəticədə yox, həm də prosesdə tapsınlar. Çünki həyat bacarıqlar üzərində qurulub”.

Bahar Əbülfətin uğur hekayəsi onun çoxşaxəli bacarıqlarının güzgüsüdür. Onun elmə bağlılığı, beynəlxalq təcrübəsi, yaradıcılıqla dolu pedaqoji yanaşmaları, layihələri və şagirdlərinə göstərdiyi sevgi bu hekayəni tamamlayır.

Bahar müəllimin yolu bir daha sübut edir ki, müəllimlik sadəcə peşə deyil, böyük bir həyat missiyasıdır. Onun işığı isə hələ çox uşağın yolunu aydınladacaq.

1 /12

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.