Bütün xəbərlər
19 avqust, 11:30

“The New York Times”ın son araşdırması ABŞ-də informasiya texnologiyaları (IT) sahəsində yeni bir problemi gündəmə gətirib. Belə ki, bir neçə il əvvəl texnologiya sektorunda yaşanan yüksəlişdən ruhlanaraq bu sahəni seçən gənclər bu gün işsizlik və peşəkar məyusluqla qarşı-qarşıyadır. Problemə səbəb isə onların yerini tədricən süni intellektin (AI) tutmasıdır.

Parlaq vəd, reallıqla toqquşma

2010-cu illərin əvvəllərində texnologiya nəhəngləri universitet məzunlarına yüksək maaşlar və cəlbedici sosial paketlər vəd edirdilər. Məsələn, 2012-ci ildə “Microsoft” rəhbərliyində yer alan Brad Smith proqram təminatı üzrə mütəxəssislərə illik 100 min ABŞ dolları maaş, 15 min dollarlıq başlanğıc müavinəti və 50 min dollarlıq səhmlər paketi təklif edirdi.

Bu kimi təbliğatlar nəticəsində IT ixtisaslarına maraq kəskin şəkildə artdı. 2023-cü ilə qədər ABŞ-də bu sahədə təhsil alan tələbələrin sayı 170 mini keçdi ki, bu da 10 il əvvəlki göstəricidən iki dəfədən çoxdur.

Pandemiyadan sonra gələn enmə

Pandemiya dövründə texnologiya sahəsinə olan tələbatın müvəqqəti artması, sonradan tənəzzüllə əvəz olundu. Bir çox böyük texnologiya şirkətləri, hətta təcrübəli mütəxəssislər də daxil olmaqla işçi ixtisarına getdilər. Yeni məzunlar isə həm təcrübəsizlik, həm də artan rəqabət səbəbi ilə əmək bazarında çətinliklə üzləşdilər.

Süni intellekt rutin vəzifələri əvəz edir

Əvvəllər yeni məzunların yer aldığı sadə proqramlaşdırma, kodlaşdırma, test və texniki dəstək işləri indi süni intellekt tərəfindən avtomatlaşdırılır. Bu, yeni məzunlar üçün potensial iş sahələrinin getdikcə daralmasına səbəb olub.

Daha ciddi bir problem isə süni intellektin CV-lərin ilkin qiymətləndirilməsi və emalında istifadə olunmasıdır. Bir çox şirkətlər artıq namizədlərin sənədlərini insan resursları mütəxəssislərinə çatmadan əvvəl AI sistemlərindən keçirirlər. Bu isə bir çox namizədlərin, o cümlədən məzunların, vakansiya mərhələsinə belə keçmədən avtomatik şəkildə seçimdən çıxarılmasına səbəb olur.

Eyni zamanda, bəzi namizədlər CV-lərini süni intellektlə hazırlayırlar, lakin bu da istənilən nəticəni vermir. Beləliklə, namizəd çoxluğu və məzmun bənzərliyi səbəbilə fərqlənmək daha da çətinləşir.

Alternativ yol: sektor dəyişimi

Məzunların dövlət qurumlarında iş tapmaq cəhdləri də çox vaxt nəticəsiz qalır. Mənbənin istinad etdiyi bir məzun uzun axtarışdan sonra texnologiya şirkətində satış üzrə mütəxəssis vəzifəsini qəbul edib. Bu, nisbətən uğurlu nəticə hesab oluna bilər, çünki bir çox gənc peşə bacarıqlarına uyğun olmayan sahələrdə-məsələn, sürətli iaşə restoranlarında işləməyə məcbur qalır.

AI yalnız işin deyil, ümidlərin də rəqibi olacaq

Görünən odur ki, süni intellektin inkişafı informasiya texnologiyaları sahəsində inqilabi dəyişikliklərə səbəb olsa da, bu dəyişikliklər universitet məzunları üçün yeni çağırışlar yaradır. IT sahəsində karyera qurmaq istəyən gənclər artıq daha geniş biliklərə, fərqlənən bacarıqlara və sürətli uyğunlaşma qabiliyyətinə malik olmalıdırlar. Əks halda, AI yalnız işin deyil, ümidlərin də rəqibi olacaq.

Şərhlər

Xəbər lenti

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

19 avqust, 11:33

Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alıb

19 avqust, 11:23

Avropa çempionu UNEC komandasına transfer olub

19 avqust, 11:21

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19 avqust, 11:10

Komitə: Uşaqların sosial mediada qeyri-etik videolarda iştirakı narahatlıq doğurur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.