
Azərbaycan millisinin aparıcı voleybolçularından biri olan Marqarita Stepanenko karyerasını yenidən Bakıda davam etdirəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, təcrübəli hücumçu artıq UNEC voleybol komandası ilə müqavilə bağlayıb. O, yeni mövsümdə UNEC klubunun qələbəsi uğrunda mübarizə aparacaq.
Karyerası ərzində Polşa, Türkiyə, Rusiya, Macarıstan, Yunanıstan və İsrail çempionatlarında yarışmış M.Stepanenko ötən mövsümü İsrailin “Makkabi Aşdod” klubunda çempion kimi başa vurub. Bundan əvvəl isə o, Yunanıstanda “Panatinaikos”la həm ölkə çempionluğunun, həm də kubok qazanmağın sevincini yaşayıb. Həmçinin Rusiyanın “Minçanka”sında çıxış etdiyi vaxt komandanın ilk dəfə elit “altılığa düşməsində mühüm rol oynayıb.
Səkkiz ildən sonra Azərbaycan voleyboluna qayıdan təcrübəli oyunçu UNEC barədə fikirlərini bölüşüb:
“Azərbaycana qayıtdığım və UNEC-də oynayacağım üçün çox şadam. Klubdan peşəkar yanaşma gördüm və burada olmaqdan məmnunam. UNEC-in gənc, iddialı komandası var. Mən də bu komandaya qoşularaq uğurlara imza atmaq və azarkeşləri sevindirmək istəyirəm.”
M.Stepanenko həmçinin ölkəmizin ev sahibliyi edəcəyi Avropa çempionatından da danışıb:
“2017-ci ildə Bakıda keçirilən Avropa çempionatı möhtəşəm təşkilatçılıqla yadda qaldı. İnanıram ki, gələn ilki Avropa çempionatında UNEC komandamız Azərbaycan azarkeşlərinin dəstəyi ilə uğurlu nəticə əldə edəcək.”
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər