Bütün xəbərlər
3 iyul, 17:15

Bu gündən ölkə üzrə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib. Naxçıvan Muxtar Respublikasında imtahanlar Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində keçirilir. İmtahanın birinci gününün ilk seansında Azərbaycan dili və ədəbiyyat, texnologiya, təsviri incəsənət fənləri üzrə müəllim işləmək istəyən 81 namizəd iştirak edib.

"Azərbaycan müəllimi" imtahanda iştirak edən və yüksək nəticə göstərən müəllimlərin bir neçəsi ilə həmsöhbət olub.

Yeni ali məktəbi bitirib məzun olanlar, yeni arzular və bu arzulara aparan yol... İmtahan verənlərin çoxu, demək olar ki, gəncdir. Bu neçə ildə auditoriyalarda imtahan verməyə öyrəşmiş olsalar da, burada həyəcanları tam başqadır.

Elə təsviri incəsənət müəllimi işləmək üçün imtahan verərək 91 bal toplayan Türkan Əhmədli kimi. Yüksək nəticəsinə görə çox sevinclidir, deyir ki, imtahan uğurlu keçib:

"İmtahan mənim üçün çox rahat keçdi, hər cür şərait yaradılmışdı. İmtahana son 4 ay ərzində hazırlaşmışam. Niyyətim Naxçıvan şəhərindəki məktəblərin birində dərs deməkdir".

Digər namizəd İnci Qənbərova da təsviri incəsənət müəllimi işləmək üçün imtahan verib. O, Naxçıvan Dövlət Universitetinin məzunudur, imtahanda 84 bal toplayıb. Deyir ki, imtahana bir neçə ay ərzində hazırlaşıb:

“Daha dəqiq desəm, əslində, bu imtahana 4 ildir ki, hazırlaşırıq. Oxuduğum illərdə universitetin rolu və dəstəyi mənim üçün çox oldu. Suallar çox çətin deyildi. Nəticəmdən razıyam, ümid edirəm ki, istəyimə nail olacağam.”

Sevda Zeynalova isə texnologiya müəllimi işləmək istəyir. O, imtahanda 84 bal toplayıb. Gədəbəydə yaşasalar da, yoldaşı hərbçi olduğu üçün Naxçıvana köçüblər və artıq burada işləmək istəyir. Deyir ki, hər səviyyə üzrə suallar var idi:

"Uşaqlıqdan müəllimliyə qarşı sevgim var idi. Övladlarım olandan sonra da onlarla bir müəllim kimi məşğul oldum. Bu məni MİQ imtahanını verib müəllim işləməyə daha da ruhlandırdı. Ona görə də hazırlaşmağa başladım və yaxşı nəticə əldə etdim".

İmtahandan sevincli çıxanlardan biri də təsviri incəsənət müəllimliyi üzrə imtahan verən Tənzilə İbadovadır. O, Naxçıvan Müəllimlər İnstitutunda həm bakalavr, həm də magistr təhsili alıb. Deyir ki, imtahana bir ay ərzində hazırlaşıb:

"Magistraturada oxuyarkən dissertasiya işimi yazdığıma görə hazırlaşmağa vaxtım olmadı. MİQ imtahanının keçiriləcəyini biləndə özümü sınamağa qərar verdim. Əslində belə yüksək nəticə gözləmirdim, amma suallar mənə görə asan idi. Özüm Şahbuz şəhərində yaşayıram, ona görə də oradakı vakant yerlərdən birində dərs demək istəyirəm".

Müəllimliyə marağına gəlincə, belə deyir:

"Müəllim işləmək uşaqlıq arzum olub. Orta məktəbdə o qədər gözəl, səmimi və bilikli müəllimlərim var idi ki, onlara baxıb deyirdim: mən də müəllim olacağam. Onlar məni bu sahəyə yönəltdilər. Əl qabiliyyətim yaxşı olduğuna görə deyirdilər ki, sən təsviri incəsənət müəllimliyinə sənəd ver. Mən də yaxşı ki, onlara qulaq asdım. İxtisasımı sevə-sevə oxudum və ümid edirəm ki, sevə-sevə də şagirdlərə dərs deyəcəyəm".

Xatırladaq ki, test imtahanları bu gün də daxil olmaqla 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərindəki 44 imtahan mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, test imtahanı üzrə ümumi təhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 bal və daha artıq nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Foto: Şahin MƏMMƏDOV

Şərhlər

Xəbər lenti

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

29 avqust, 13:55

Yaşıl gələcək uğrunda: Təhsil və ekologiyada könüllü təşəbbüslər

29 avqust, 13:12

ADNSU Kitabxana informasiya mərkəzi oxuculara jurnal resurslarını təqdim edir

29 avqust, 12:26

Bu məzunlar rayon birinciləri oldular

29 avqust, 12:21

Təhsil haqqı üçün pul yoxdur? – Təhsil tələbə krediti ilə bağlı bütün detallar

29 avqust, 11:35

Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.