Bütün xəbərlər
3 iyul, 16:27

25 may və 1 iyun 2025-ci il tarixlərində keçirilmiş II, III və I, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilən apellyasiya komissiyasına ümumilikdə 1959 abituriyent 3298 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün müraciət edib. 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə abituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Qeyd edək ki, müraciətlərin 18-i boş yazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Bildirilib ki, elektron apellyasiya ərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraq apellyasiya komissiyasının qərarları ilə tanış ola bilərlər. Apellyasiya prosesinin başa çatması ilə bağlı abituriyentlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat da göndərilib.

Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütün yazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Bu düzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalarla bağlıdır. 6 yazı işinə verilən bal isə ekspertlərin rəyi ilə endirilib.

Müvafiq düzəlişlər 4 iyul 2025-ci il tarixində gün ərzində abituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında öz əksini tapacaq.

Xatırladaq ki, 25 may 1 iyun tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 91 939 abituriyent iştirak edib və bu abituriyentlər 827 451 yazı işi yerinə yetiriblər.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.