Bütün xəbərlər
3 iyul, 16:45

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 4-də keçirilən Azərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1459 nəfərdən 111 nəfər imtahana gəlməyib.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal isə 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 iyul saat 10:00-dan 6 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
  • Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.