Bütün xəbərlər
28 noyabr, 12:38

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrası, Doktorantura şöbəsi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “COP 29” layihəsi çərçivəsində “Su resurslarının çirklənməsi: mənbələr, nəticələr və təsirlərin azaldılması strategiyaları” mövzusunda “dəyirmi masa” keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli su resusrlarının əhəmiyyəti, şirin su ehtiyyatlarının insan həyatı üçün böyük əhəmiyyəti ilə bağlı ümumi məlumat verib. Dekan su ehtiyatlarından səmərəli istifadəsinin təmin edilməsi, Azərbaycanda şirin su ehtiyatlarına dair dövlətin siyasəti vacib məsələlərdəndir. 

“Su problemi və qlobal iqlim böhranı” mövzusu ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müəllimi s.ü.f.d.Aytən Ramazanova Şahinovna  bildirib ki, iqlim dəyişikliyi həm su qıtlığını, həm də su ilə bağlı təhlükələri (daşqın, quraqlıq və s) artırır. Bu gün dünyada təxminən iki milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur və dünya əhalisinin böyük bir qismi ciddi su qıtlığı yaşayır, həmçinin su qıtlığı, qlobal iqlim dəyişikliyi bütün ekosistemə, insan həyatına, dövlətlərarası münasibətlərə ciddi təhlükələr yaradır.

Daha sonra, dəyirmi masada Beynəlxalq münasibətlər kafedrasının doktorantı Aynur Məmmədova “Dövlətlərin su resursları uğrunda mübarizəsi insan təhlükəsizliyi kontekstində” mövzusu ilə çıxışında bildirib ki,  su qıtlığı dünyada bir çox qarşıdurmaların, müharibələrin başlanmasına səbəb olmuş, Azərbaycanda da şirin su ehtiyyatları ilə problemlərin mövcudluğunu, həmçinin su qıtlığı insan həyatına mənfi təsir etmiş, bir çox xəstəliklərin çoxalmasına (autizm) səbəb olmuşdur.  

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Zülfiyyə Nağıyeva “Okean və dənizlərin çirklənməsi;səbəbləri və təsirləri” adlı mövzu ilə ətraflı məlumat verib. Zülfiyyə Nağıyeva həm də bir çox ölkələrdə okean və dənizlərin çirklənməsinin qarşısını almaq üçün istifadə etdiyi texnologiyalar və proqramlar haqqında faydalı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda Beynəlxalq münasibətlər kafedrasının müdiri prof.Aida Yusifzadə mövzu ilə bağlı fikirlərini bildirib.

Tədbir müzakirələrlə yekunlaşıb.

1 /3

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.