Bütün xəbərlər
4 dekabr, 11:12

Məktəbəqədər təhsilin əlçatanlığı və keyfiyyətinin artırılması sahəsində aparılan işlər daha da prioritetləşdirilməlidir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsilin ən vacib pillələrindən biri olan məktəbəqədər təhsillə bağlı  müzakirələr təhsil siyasəti ilə məşğul olan həmkarların təcrübə və biliklərinin artmasına müsbət təsir göstərir.

“İnsan hər zaman öyrənir və bir-birindən öyrənmək çox qiymətli bir təcrübədir” deyən nazir əlavə edib ki, son illər Azərbaycanın əsas hədəflərindən biri məktəbəqədər təhsilin əlçatanlığını təmin etməkdir. Çünki tarixən Azərbaycanda məktəbəqədər təhsilin əlçatanlığı aşağı səviyyələrdə olub. Hazırda hədəfimiz 2026-cı ilə qədər hər iki uşaqdan birinin (yəni 1-5 yaş arası uşaqların 50%-nin) məktəbəqədər təhsillə əhatə olunmasıdır. Bu, olduqca ambisiyalı və tarixi bir hədəfdir, çünki indiyə qədər bu göstəriciyə yaxınlaşa bilməmişik”.

Emin Əmrullayev əlavə edib ki, keçmişə nəzər salsaq, sovet dövründə belə məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi 10, 15, ən yaxşı halda 20% civarında olub. Hətta bəzi bölgələrimizdə bu göstərici cəmi bir neçə faizlə ifadə edilirdi:

“Buna görə də məktəbəqədər təhsilin əlçatanlığı və keyfiyyətinin artırılması sahəsində aparılan işlər daha da prioritetləşdirilməlidir. Ümumtəhsil sisteminin keyfiyyəti ilə bağlı olan problemləri də təhsilin bu mühüm pilləsində həll etməyə çalışmalıyıq”.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.