Bütün xəbərlər
4 dekabr, 11:47

“4-5 yaş və ya 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbinin əhatə dairəsini artırmaq əsas məqsədlərdən biridir. Bununla bağlı ən böyük maneələrdən biri hazırda tədqiq etdiyimiz və sovet dövründən miras qalmış uşaq bağçası və ya məktəbəqədər hazırlıq modelidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib. 

Nazir “Bu model niyə problem yaradır?” sualı ilə çıxışına davam edib:

“Çünki uşaq bağçası modeli, əsasən, uşaqlara qayğı göstərməyə yönəlib. Burada təhsil komponenti ikinci plandadır. Bağçada əsas prioritetlər arasında uşaqların gün ərzində dörd dəfə qidalanması, onların isti və rahat mühitdə, baxıcıların isə daim iş başında olması dayanır. Lakin təhsil komponentinə ənənəvi olaraq kifayət qədər az diqqət yetirilir”.

Emin Əmrullayev əlavə edib ki, digər bir məsələ bu modelin bahalı olmasıdır. Hər bir uşağa çəkilən xərc yüksək olduğu üçün bağçaların əhatə dairəsini genişləndirmək çətinləşir:

“Bu səbəbdən sovet dövründə və sonrakı illərdə məktəbəqədər təhsilin əhatəli olması imkanları məhdud idi. Çünki bahalı bir modeli genişləndirmək iqtisadi baxımdan çətindir. Açığını desək, bu məsələ bəlkə də populyar fikirlərdən uzaqdır, lakin həqiqətdir. Əgər kimsə bahalı bir modeli genişləndirməyin mümkün olduğunu düşünürsə, biz həmin şəxslərdən bu yanaşmanı öyrənməyə hazırıq”.

Xəbər lenti

24 yanvar, 16:40

Professor: Vətən tarixinin dövlət dilində öyrədilməsi tam əsaslıdır

24 yanvar, 16:36

UNEC Özbəkistan universiteti ikili diplom proqramı həyata keçirəcək

24 yanvar, 16:33

Günəş sistemində yeni planet kəşf edildi

24 yanvar, 16:30

Təhsildə kibertəhlükəsizliyin qorunması və gücləndirilməsi

24 yanvar, 16:25

“Firidun bəy Köçərli mükafatı”nın qalibləri - SİYAHI

24 yanvar, 16:22

ADNSU-da Çinli tələbələrlə görüş keçirilib

24 yanvar, 16:22

İndiyədək 5 min nəfər Erasmus çərçivəsində xaricdə təhsil alıb

24 yanvar, 16:05

Müəllim və tələbələrə xaricdə təhsil imkanı verən Erasmus nədir? – MÜSAHİBƏ

24 yanvar, 15:59

ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

24 yanvar, 15:51

Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini nələri bilməlidir?

24 yanvar, 15:50

Yerin hansı qatları var?

24 yanvar, 15:44

BSU-da "Qərbi Azərbaycan tədqiqatları və tədrisi” mövzusunda müzakirə aparılıb

24 yanvar, 15:42

Məktəblərdə rifah: Kiçik təhdidlər nələrdir?

24 yanvar, 15:41

“İnsan kapitalı və təhsil” üzrə İşçi qrupunda 2024-cü ilin yekunları müzakirə olunub

24 yanvar, 15:24

İndoneziyada təhsil üzrə təqaüd proqramı elan edilir

24 yanvar, 15:20

Milli QHT Forumunda İctimai Şura üzvlərinin görüşü keçirilib

24 yanvar, 15:05

TKTA-nın şöbə müdiri tədrisdə rəqəmsal oyunlaşdırmadan danışıb  

24 yanvar, 14:56

“Vikipediya”nın Azərbaycan dili bölməsi bir pillə irəliləyib

24 yanvar, 14:56

Süni intellekt ilan zəhəri əleyhinə zərdab hazırlayacaq

24 yanvar, 14:55

Ənvər Abbasov: Məktəb və valideynin vəzifələri konkret şəkildə müəyyənləşdirilməlidir

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.