Bütün xəbərlər
4 fevral, 14:53

Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən məktəb kollektivi və şagirdlər üçün “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki təlimlər təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi şagirdlərə fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydalarını öyrətmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaqdır. 

Tədbir zamanı şagirdlərə yanğın, zəlzələ, sel və digər təbii və texnogen hadisələr zamanı necə davranmalı olduqları ətraflı izah edilib. Onlara ilkin tibbi yardım göstərmək, təhlükəli vəziyyətlərdə təmkinli və düzgün qərar vermək, fövqəladə hallar zamanı təxliyə qaydalarına əməl etmək kimi vacib bacarıqlar aşılanıb.

Təlimin praktiki hissəsində şagirdlər real vəziyyətlərdə təhlükəsiz davranış qaydalarını tətbiq edərək müxtəlif fövqəladə hallara qarşı hazırlıqlarını sınayıblar. 

Qeyd edək ki, belə tədbirlər məktəblilərin həyati bacarıqlarını artırmaqla yanaşı, onların təhlükəsizliyini təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

1 /7

Şərhlər

Xəbər lenti

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.