
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayevanın elmi rəhbərliyi ilə 113İ qrupunun “From Past to Future” adlı hesabat sərgisi açılıb. Universitetin 50 illik yubileyinə həsr olunmuş sərgi tələbələrin nəzəri biliklərini yaradıcı şəkildə ifadə etməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib kİ, tədbiri giriş sözü ilə Memarlıq fakültəsinin dekan müavini Məlahət Eynullayeva açaraq sərginin elmi-estetik dəyərinə və tələbələrin memarlıq irsinin təbliğində fəallığına diqqət çəkib.
Sərginin elmi rəhbəri dosent Fidan Mustafayeva tələbələrin hazırlıq mərhələsində göstərdikləri yaradıcı yanaşmanı yüksək qiymətləndirib, nümayiş olunan işlərin mövzuya uyğunluğu və icra keyfiyyətindən razılığını bildirib.
Tədbirdə 113İ qrupunun tələbələri Azərbaycan memarlığına dair hazırladıqları təqdimatla çıxış ediblər. Eyni zamanda təqdimatda sərgiyə hazırlıq prosesini əks etdirən fotomateriallar nümayiş olunub.
Sonda iştirakçılar Sərgi salonunda karandaş texnikası ilə işlənmiş rəsmlərə baxış keçiriblər. Əsərlər Azərbaycan memarlığının seçilən nümunələrini bədii baxımdan təqdim etməklə tələbələrin memarlıq irsinə yanaşmasında konseptual düşüncə və estetik duyumu ortaya qoyub.
Sərgi ilə Azərbaycan Memarlar İttifaqının sədri, universitetin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə də tanış olub. O, tələbə işlərini yüksək qiymətləndirərək, sərginin həm akademik, həm də yaradıcı potensial baxımından əhəmiyyətini vurğulayıb. Professor uğurlu sərgiyə görə Fidan Mustafayeva və tələbələrini təbrik edib.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər