Bütün xəbərlər
30 aprel, 15:18

“Yeni yol xəritəsi Azərbaycanda ingilis dili təhsilinin gücləndirilməsi üçün ortamüddətli strateji planı təqdim edir və əsas məqsədi 9-cu və 11-ci siniflərdə ingilis dili nəticələrini yaxşılaşdırmaqdır ki, daha çox şagird müvafiq olaraq Ümumi Avropa İstinad Çərçivəsi (CEFR) üzrə A2+ və B1 səviyyələrindəki mövcud hədəflərə çata bilsin”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi və Britaniya Şurası arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində Təhsil İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “ELSA Roadmap” (English Language Strategy for Azerbaijan Roadmap – Azərbaycan üçün İngilis Dili Strategiyası Yol Xəritəsi) sənədi ilə bağlı açıqlamasında Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev deyib.

O qeyd edib ki, bu strateji məqsədə çatmaq üçün yol xəritəsi Elm və Təhsil Nazirliyinin müəyyən islahatları dəstəkləməsini təklif edir:
– İbtidai siniflərdə ingilis dili tədrisinə ayrılan dərs saatlarının artırılması; 
– İngilis dilinin tədrisi və qiymətləndirilməsində dörd bacarıq (dinləmə, danışıq, oxu və yazı) yanaşmasının tətbiqi; 
– İngilis dili müəllimləri üçün müəllim hazırlığı, adaptasiya, peşəkar inkişaf və sertifikatlaşdırma üzrə qərarların qəbulunu təmin edən peşəkar standartlar çərçivəsinin hazırlanması.

O həmçinin əlavə edib ki, ingilis dilinin tədrisi üçün zəruri dil bacarıqlarına, bilik və metodiki səriştələrə yiyələnmiş ixtisaslı kadr hazırlığının təmin edilməsi, yeni fəaliyyətə başlayan ingilis dili müəllimlərinə dəstək göstərmək üçün səmərəli induksiya (adaptasiya) sistemlərinin yaradılması, ingilis dili kurikulumunun səmərəli icrasını təmin edən təlimlərin və yerlərdə (məktəbdə) peşəkar inkişaf sisteminin tətbiqi də vacibdir.

“9 və 11-ci siniflərin buraxılış imtahanlarının təsiri çox güclüdür və bu imtahanları yeni kurikulumun kommunikativ və dörd bacarıq prinsipinə uyğunlaşdırmaq inkişaf üçün vacib addım olacaq. Müəllimlərin peşəkar fəaliyyətlərinin bütün mərhələlərində onların bilik, bacarıq və yanaşmaları elə inkişaf etdirilməli və ölçülməlidir ki, keyfiyyətli tədris nəticələrini dəstəkləsin və kurikulumun nəzərdə tutulan şəkildə tətbiqinə imkan versin. Yol xəritəsi buna görə müəllim keyfiyyətinə xüsusi önəm verir. Bununla yanaşı, müəllimlərin sinifdəki fəaliyyətlərinin yaxşılaşdırılmasına yönəlmiş, onları təşviq edən, məqsədyönlü və davamlı peşəkar inkişaf çərçivəsi də yaradılmalıdır”, – Elnur Əliyev əlavə edib.

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.