Deputatdan müəllimlərin maaş artımı ilə bağlı TƏKLİF
“Sertifikasiyadan keçən müəllimlərin maaşları artırılıb, ancaq hesab edirəm ki, 10-35 nisbətinə yenidən baxılmalıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, sertifikatlaşdırmadan keçən müəllimlərin maaşının artım nisbəti ən azından 10-25-35 olmalıdır: “10 və 35 faiz arasında fərq çox böyükdür.
Sertifikasiyadan keçən müəllimlərin maaşı artır, bu da çox önəmlidir. Ancaq nəzərə alsaq ki, bu proses uzun prosesdir və sertifikasiyadan keçməyən elə müəllimlərimiz var ki, onların da maaşının az da olsa, artması onlara böyük dəstək olacaq”.




