44 mindən çox müəllim süni intellekt alətlərindən istifadə edir

13 Noyabr, 2026 - 12:41
44 mindən çox müəllim süni intellekt alətlərindən istifadə edir

2027-ci ildə təhsil sistemlərinin informasiyalaşdırılması xərcləri üçün 36, 8 milyon manat ayrılması nəzərdə tutulur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir müavini bildirib ki, hazırda 1 001 məktəbdə “Rəqəmsal bacarıqlar” layihəsi və 563 məktəbdə STEAM həyata keçirilir: “550-dən çox məktəb “Rəqəmsal məktəb” platformaslna cəlb edilib. 630 min şagird “Rəqəmsal bacarıqlar” layihəsinə, 312 min şagird isə STEAM tədrisinə cəlb edilib”.

K.Kərimzadə qeyd edib ki, 44 mindən çox müəllim süni intellekt alətlərindən istifadə edir.